Sizin reklam burada 728×90
Son dəqiqə

"Avropa Parlamenti dövlətimizin suverenliyinə meydan oxuyur" - SPİKER

29.10.2024 11:57 297 1 dəq oxunur
"Avropa Parlamenti dövlətimizin suverenliyinə meydan oxuyur" - SPİKER
Avropa Parlamenti oktyabrın 24-də qəbul etdiyi “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnamə ilə növbəti dəfə Azərbaycan hədəf göstərilib.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib.

“Avropa Parlamenti bununla artıq öz anti-Azərbaycan xislətini göstərib. Bundan sonra Milli Məclis öz sərt münasibətini bildirib və mətbuatda dərc olunub. Avropa Parlamenti bu kimi davranışlarla dövlətimizin suverənliyinə meydan oxuyur”,- deyə o bildirib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az