• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“İslamın minarəsi” beynəlxalq jurnalının Nizami Gəncəviyə həsr olunmuş xüsusi buraxılışının təqdimatı olub - FOTOLAR

Cəmiyyət

7-11-2024, 12:00

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Rusiyada nəşr olunmuş “İslamın minarəsi” (“Minaret İslama”) beynəlxalq jurnalının Nizami Gəncəviyə həsr olunan xüsusi buraxılışının təntənəli təqdimatı keçirilib.

Tədbirdə Dünya dini liderlərinin qlobal Bakı Sammiti çərçivəsində ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri, müfti şeyx professor Ravil Qaynutdin, sədrin birinci müavini professor Dəmir Muhətdinov, qurumun Azərbaycan üzrə xüsusi nümayəndəsi Səfa Kərimov, həmin idarənin əməkdaşları, Nizami Muzeyinin kollektivi, ziyalılar və KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə qonaqlar muzeyin klassik və müasir Azərbaycan ədəbiyyatının sərgiləndiyi ekspozisiya zalları ilə tanış olub, həm Azərbaycan ədəbiyyatı, həm də muzeyin yaranma tarixi haqqında məlumatlar əldə ediblər. Dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş ekspozisiya, şairin 800 illik yubileyi ilə əlaqədar çəkilmiş və mühüm tarixi hadisəni əks etdirən “Ermitaj. 1941-ci il. Nizami yubileyi” tablosu, eləcə də Mirzə Fətəli Axundzadənin rus şairi Aleksandr Puşkinin irsinə böyük rəğbətdən yaranmış “Puşkinin ölümünə Şərq poeması” qonaqların marağına səbəb olub.

Tədbiri giriş nitqi ilə açan muzeyin direktoru akademik Rafael Hüseynov qonaqları salamlayıb, ölkəmizin zəngin və qədim mədəniyyətindən, adət-ənənələrindən, Azərbaycandakı dini tolerantlıqdan və son dövrlərdə qazanılmış böyük uğurlardan söhbət açıb.

Azərbaycan-Rusiya münasibətlərindən danışan alim dövlətlərimiz arasında iqtisadi, siyasi, ədəbi, mədəni əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O, Moskvadakı “Mədinə” Nəşriyyat evində nəşr olunan və Nizami Gəncəviyə həsr edilən “İslamın minarəsi” beynəlxalq jurnalının xüsusi buraxılışının təqdimatının Zəfər Günü ərəfəsində Bakıda keçirilməsini əlamətdar hadisə kimi dəyələndirib.

“Mədəniyyətləri birləşdirən Nizami körpüsü” mövzusunda məruzə ilə çıxış edən akademik Rafael Hüseynov dahi şair Nizaminin adının Rusiyada da yaşadığını, onun irsinin Rusiyada da sevildiyini və oxunduğunu qeyd edib. O, Nizami Gəncəvi yaradıcılığının müasir bəşəriyyət üçün aktuallığından danışaraq qeyd edib ki, ictimaiyyətə təqdim olunan nəşr Nizami Gəncəvi irsinin Rusiyada daha dəqiq tanıdılmasına əhəmiyyətli töhfədir.

Qeyd edilib ki, jurnalın bu nömrəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı işıqlandırılıb, Azərbaycan tədqiqatçılarının məqalələri yer alıb. Bu nömrəyə "Ön söz"ü jurnalın baş redaktoru, ilahiyyat elmləri doktoru Damir Muxetdinov yazıb. Həmçinin jurnalda “Nizami poetik məktəbinin dünya əhəmiyyəti”, “Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan Nizami Gəncəvinin əlyazmaları”, “Nizami Gəncəvi klassik Şərq ədəbiyyatında roman ustası kimi”, “Nizami Gəncəvinin həyat yolu”, “Sonsuz Nizami Gəncəvi” mövzularında araşdırmalar yer alıb. Nizami əsərlərinin tərtibat və illüstrasiya nümunələri isə “İslamın minarəsi” jurnalının tematik sayının redaksiya heyətinin üzvü, Xalq rəssamı Səlhab Məmmədova məxsusdur.

Tədbirdə Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri, müfti şeyx professor Ravil Qaynutdin, sədrin birinci müavini professor Dəmir Muhətdinov, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov, Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti Şurasının sədri Bəxtiyar Həsənov çıxış edərək iki qardaş xalqın oxşar cəhətlərindən, tarixi və mənəvi bağlılığından bəhs ediblər.

Sonra muzeyin Komparativistika və bədii tərcümə şöbəsinin müdiri professor Şəfəq Əlibəyli “İslamın minarəsi” jurnalının özəllikləri” mövzusunda çıxış edərək müasir dövrdə İslam dininin yaradıcı, sülhsevər, humanist potensialından danışıb. O, jurnalın İslam dünyasından bəhs edən populyar elmi nəşr olduğunu və İslamın müasirlik kontekstində dərk olunmasında xüsusi rol oynadığını vurğulayıb.

Həmçinin Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin müdiri Nailə Əliyevanın “Nizami irsinin və Azərbaycan ədəbiyyatının ekspozisiyada təbliği” mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən sərgi nümayiş olunub.

Sonda Şeyx Ravil Qaynutdin Rafael Hüseynova II Yekaterina dövründə çap olunmuş “Qurani-Kərim”i və müəllifi olduğu kitabları təqdim edib. Rafael Hüseynov isə müəllifi olduğu “Sözün meracı”, Məhsəti Gəncəvinin rübailərini (rus və ərəb dillərində) və “Rübai mülkünün sultanı” kitablarını qonaqlara hədiyyə edib. Həmçinin o, professor Ravil Qaynutdinə, professor Dəmir Muhətdinova və Azərbaycan İlahiyyat İnstitutunun fəxri doktoru, jurnalın tematik sayının redaksiya heyətinin üzvü Səfa Kərimova təşəkkürnamələr təqdim edib.




Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

11-03-2024, 18:19

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvarın başçılıq etdiyi nümayəndə heyəti Nizami Muzeyində olub - FOTOLAR

Mədəniyyət

9-09-2022, 15:42

Şuşada Xurşidbanu Natəvanın 190 illik yubiley tədbiri başlayıb

Siyasət

29-08-2023, 18:27

Özbəkistanda təhsil alan bir qrup tələbə ölkəmizdə səfərdə olub - FOTOLAR

Siyasət

9-08-2022, 13:14

BMT BA-nın keçmiş prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub

Dünya / Mədəniyyət

5-02-2023, 01:24

Moskvadakı Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı auditoriyasında ədəbi-bədii gecə təşkil edilib - FOTOLAR

Gündəm / Siyasət

19-09-2024, 16:13

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib

Cəmiyyət

14-07-2022, 13:52

Şuşada Vaqif Poeziya Günləri çərçivəsində kitab sərgisi təşkil olunub

Cəmiyyət

9-08-2022, 17:01

Binəli Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub

Siyasət

9-08-2022, 12:56

BMT Baş Assambleyasının keçmiş prezidenti Bakıya gəlib

Siyasət

13-02-2024, 17:20

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi kollektivinin təbriki - FOTO

Mədəniyyət

28-07-2022, 22:30

AMEA-nın tərkibində olan bəzi muzeylər Mədəniyyət Nazirliyinə verilib

Gündəm / Cəmiyyət

15-03-2024, 20:22

Bakı Forumunun ikinci günü başa çatdı

Araşdırma
322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
Hadisə
Dünən, 15:00
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
Xəbər lenti
  • Bu gün, 09:34
    Bu gün Beynəlxalq Müəllimlər Günüdür
  • Bu gün, 09:09
    Yasamal rayonunun bir sıra ərazilərində işıq olmayacaq
  • Dünən, 17:00
    Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirib
  • Dünən, 16:37
    322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
  • Dünən, 16:00
    İranın XİN başçısı Aİ-yə ABŞ ilə İsrailin hücumlarını dəstəkləməməyi təklif edib
  • Dünən, 15:30
    Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq
  • Dünən, 15:00
    Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
  • Dünən, 14:00
    Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq
  • Dünən, 13:30
    Kaliforniyada iri miqyaslı yanğına görə sakinlərin təxliyəsi başlayıb
  • Dünən, 13:08
    SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb
  • Dünən, 12:00
    İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb
  • Dünən, 11:30
    Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 4 təmsilçisi mübarizəyə start verir
  • Dünən, 11:00
    Cəbrayılın işğaldan azad olunmasından 6 il ötür
  • 3-10-2026, 19:00
    Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
  • 3-10-2026, 18:30
    Moldovanın hava məkanını daha bir PUA pozub
  • 3-10-2026, 18:00
    Dağıstanın 3 kəndi ilə nəqliyyat əlaqəsi kəsilib
  • 3-10-2026, 17:30
    Yüksək dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
  • 3-10-2026, 17:00
    "Fənərbağça"nın nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
  • 3-10-2026, 16:46
    Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH
  • 3-10-2026, 16:25
    Kərəm Həsənovun əmisi oğlu Cəlilabadda 1300 ha torpağı necə ələ keçirib?- VİDEO
  • 3-10-2026, 16:04
    Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi olub - FOTO
  • 3-10-2026, 15:34
    Xalqın Seçimi və Tarixi Dönüş: 3 Oktyabr – Heydər Əliyevin Prezidentlik Zəfərləri
  • 3-10-2026, 14:50
    Bakıda bir neçə yolda sürət həddi endirilib
  • 3-10-2026, 14:19
    Bayramov Əraqçi ilə danışdı
  • 3-10-2026, 13:47
    İranda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
  • 3-10-2026, 13:33
    Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
  • 3-10-2026, 13:18
    Sabah da Bakıya yağış yağacaq
  • 3-10-2026, 13:10
    Seysmoloji Xidmət Mərkəzində “akademik yeyinti“
  • 3-10-2026, 12:20
    İlham Əliyev İraq prezidentini milli bayram münasibətilə təbrik edib
  • 3-10-2026, 12:10
    Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
  • 3-10-2026, 11:49
    “Xüsusi” hesabatlar, “Xüsusi” notarius və 1,5 milyonluq SİRR…
  • 3-10-2026, 10:47
    İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib
  • 3-10-2026, 10:40
    MÜTDA-da Arslan Hacıyevin beş günlük ,,XƏLİFƏLİYİ '' - İLGİNC FAKTLAR
  • 3-10-2026, 10:18
    Rusiyada mədəndə uçqun baş verib, 1 nəfər ölüb
  • 3-10-2026, 10:06
    Ramiz Mehdiyevin yaxın qohumu Xırdalanı qarışdırdı - “Buxur Vüsal” kimdir?
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə