• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Vətən Müharibəsində iştirak edərək iş qabiliyyətini itirən Ələsgərov Rəsul Habil oğlunun haqsızlıqla qarşılaşması və Dövlət Sosial Müdafiə Nazirliyinin laqeydliyi

Cəmiyyət

18-11-2024, 18:31

Redaksiyamıza müraciət edən Ağstafa rayon sakini Rəsul Əsgərovun müraciətini təqdim edirik: “Mən Ələsgərov Rəsul Habil oğlu 2020-ci ilin Sentyabr ayının 7-si Azərbaycan Silahlı qüvvələrin Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində Müddətdən artıq həqiqi hərbi xidmətə (MAXE) başlamışam. 27.09.2020-ci il tarixində Kəlbəcər rayonu azadlığı uğrunda gedən döyüşlərdə canla başla canımı və qanımı əsirgəmədən iştirak etmişəm və 44 günlük Vətən müharibəsində baş beyin xəsarətləri almışam və buna baxmayaraq döyüşləri davam etdirmişəm canım və qanım bahasına döyüşlərdə baş beyin xəsarətləri zaman hər iki gözümün çox pis vəziyyətdə görür. Və buna baxmayaraq xidmətimi davam elətdirmişəm xidməti dövrümdə xroniki hepatit "B" virüsuna yolmuxmuşam və Vətənim Azərbaycan üçün canımı və qanımı əsirgəmədən Vətənimə xidmətimi davam elətdirmişəm və 2023-cü ilin dekabrın 12-sində məni hərbi xidmətdən ehtiyata buraxıblar və məndə olan psixoloji problemlər və səhhətimdə olan problemlərə görə iş qabiliyyətimi itirmişəm. Və dəfələrlə Səhiyyə nazirliyinin Maştağa Psixi xəstəxanasında dəfələrlə müalicə almışam və buna baxmayaraq səhhətimdə baş verənlərlə əlaqədar vəziyyətim çox pisdir. Buna görə psixoloji dərmanlar qəbul eləyirəm və dəfələrlə intihara cəhd etmişəm Ağstafa rayonu icra hakimiyyətində və Ağstafa rayon mərkəzi xəstəxanasında və Dövlət təhlükəsizlik xidmətinin binasında və Axırıncı dəfə Əmək və Əhalinin sosial müdafiəsi nazirliyinin binasında boğaz nayihəmə ülgüclə(levza) ilə ağır xəsarətlər yetirmişəm və hələdə mənim əlillyim təyin olunmayıb çox xahiş eləyirəm mənim haqqımı verin mənim Vətənim üçün çəkdiyim əziyyətləri yerdə qoymayın Vaxtı ilə canından qanından keçənləri canından bezdirməsinlər Qazi intiharlarına Son qoyulsun”

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və azadlığı uğrunda canını və qanını əsirgəmədən döyüşən qəhrəmanlardan biri də Ələsgərov Rəsul Habil oğludur. O, 2020-ci ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə (MAXE) başlayıb və 44 günlük Vətən Müharibəsində əsl igidlik göstərərək, Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə fəal iştirak edib.

Fədakarlıqla dolu xidmət yolu

Rəsul bəy Vətən torpaqlarının işğaldan azad olunması uğrunda aparılan döyüşlərdə böyük cəsarət göstərmiş və döyüş meydanında ağır beyin xəsarətləri almışdır. O, buna baxmayaraq, xidmətini davam etdirərək döyüşlərdə iştirak etməyi vəzifə borcu saymışdır. Xəsarətlər nəticəsində onun görmə qabiliyyəti ciddi şəkildə zəifləmiş, hər iki gözündə ciddi problemlər yaranmışdır. Lakin sağlamlıq vəziyyətinin pisləşməsinə baxmayaraq, o, dövlətinə və xalqına xidmət etməkdən imtina etməmişdir.

Müharibə başa çatdıqdan sonra belə, Rəsul bəy ordu sıralarında qalmağa davam etmiş, lakin xidməti dövründə xroniki hepatit "B" virusuna yoluxmuş və nəticədə sağlamlığı daha da pisləşmişdir. Nəhayət, 2023-cü ilin dekabr ayında, artıq səhhətindəki ciddi problemlərə görə onu ehtiyata buraxıblar.

Haqqını ala bilməyən qəhrəman

Rəsul bəy, xidmət müddətində aldığı ağır yaralar və keçirdiyi xəstəliklər səbəbindən iş qabiliyyətini demək olar ki, tamamilə itirib. Buna baxmayaraq, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə müraciət etsə də, lazımi dərəcədə diqqət və dəstək görməyib. Vətən uğrunda öz canını qurban verməyə hazır olan bir qazinin belə laqeydliklə qarşılaşması isə həm Rəsul bəyin, həm də onun kimi digər qazilərimizin hüquqlarının pozulduğunu açıq-aşkar göstərir.

Sosial Müdafiə Nazirliyinə etdiyi müraciətlərə rəğmən, Rəsul bəyə əlillik statusu təyin edilməyib. Halbuki, onun keçirdiyi psixoloji travmalar və ağır yaralanmalar səbəbindən müalicəyə ehtiyacı olduğu hər kəsə bəllidir. Hətta vəziyyət o həddə çatıb ki, o, intihara cəhd edib, müxtəlif dövlət qurumlarının binalarında öz həyatına son qoymağa çalışıb. Bütün bu hadisələr dövlət qurumlarının vəzifə borcuna laqeyd yanaşması nəticəsində baş verib.

Sosial müdafiənin vəzifəsi nədir?

Azərbaycan dövləti qazilərinə, şəhid ailələrinə və müharibə iştirakçılarına xüsusi qayğı ilə yanaşmalı, onların ehtiyaclarını ödəmək üçün hər cür tədbir görməlidir. Lakin Ələsgərov Rəsul bəy kimi fədakar insanlar dövlət qurumlarından lazımi dəstəyi ala bilmədikdə, bu, həm cəmiyyətdə böyük məyusluq yaradır, həm də qəhrəmanlarımızın ruhuna hörmətsizlik kimi dəyərləndirilir.

Sosial Müdafiə Nazirliyi, xüsusilə qazilərin müraciətlərinə daha həssas yanaşmalı, onların hüquqlarının qorunmasına önəm verməlidir. Əgər Rəsul bəy kimi müharibə iştirakçıları vaxtında lazımi dəstəyi almasalar, bu, cəmiyyətdə dövlət qurumlarına olan inamı ciddi şəkildə sarsıda bilər.


Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin münasibəti:

Ağstafa rayon sakini 19.11.1999-cu il təvəllüdlü Ələsgərov Rəsul Habil oğlu əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən forma-88 göndərişi əsasında 18.10.2024-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyində əyani müayinə edilib.
Səhiyyə Nazirliyinin və Agentliyin həkim-ekspertlərinin birgə müayinəsi zamanı şəxsin hazırki sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən əlamətlər müşahidə olunmayıb. Eyni zamanda vətəndaş əyani müayinə zamanı travma haqqında arayış təqdim etməyib. Hərbi biletdə qeyd olunub ki, R.Ələsgərov xəstəliklə əlaqədar deyil, xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılıb.
Bu səbəbdən də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilib.

Haşiyə:
Qeyd edək ki, ƏƏSM Nazirliyinin qaziliklə baqlı müraciətlərə baxışa yeni metod gətirmişdir. Belə ki, “Ağstafa rayon sakini 19.11.1999-cu il təvəllüdlü Ələsgərov Rəsul Habil oğlu əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən forma-88 göndərişi əsasında 18.10.2024-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyində əyani müayinə edilib.” R.Ələsgərov bildirir ki, rəsmi portalda 10.10.2024-cü il tarixdə müraciəti qiymətləndirilmişdir. Qiymətləndirilmə olmamışdan öncə müayinə edilməli olan Rəsul Ələsgərov nədənsə rədd cavabı aldıqdan sonra müayinəyə dəvət edilib. Bu isə birdaha onu göstərir ki, qurumda qərarlar müraciət daxil olan kimi verilir və müayinə falan filan bunlar gözdən pərdə asmaq üçündür. Rəsul Ələsgərovun intihara cəhdləridə məhs elə DSMF-nin başına buyruq qərarlarından irəli gəlir. Həmçinində qeyd etməliyəm ki, vətəndaşların onlayn müraciətinə elektron qərarların verilməsini məhs insanlar idarə edir. Müdaxilə edilə bilməz dedikləri hər şeyə məhs DSMF tərəfindən müdaxilələr edilir. Yüzlərlə şəxslərə saxta qazilik satan DSMF sonda özünü Prezidentin qarşısında necə haqlı çıxacracağı bizədə maraqlıdır.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm

20-07-2023, 15:13

DSX rəisinin yeni müavini kimdir? - DOSYE

Gündəm

15-07-2022, 02:20

Vətən müharibəsində qəhrəmanlığı ilə dastana dönən Xudayarın doğum günüdür

Cəmiyyət

21-11-2023, 11:10

Vətən müharibəsi iştirakçıları həqiqi hərbi xidmətə qəbul olunub - FOTO

Siyasət

1-08-2022, 14:21

Müdafiə Nazirliyi ehtiyatda olan zabitin iddialarına cavab verib

Cəmiyyət

31-08-2022, 18:55

Vətən müharibəsi şəhidimizin doğum günüdür - FOTO

Gündəm / Cəmiyyət

27-06-2024, 15:17

Kimlikləri illər sonra bilinən şəhidlərimiz dəfn olundu - Fotolar

Ölkə / Olay

17-11-2023, 19:17

Məşhur iş adamının oğlunun ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT

Gündəm

7-08-2022, 21:00

Şəhid zabit Məhəmməd Şəbiyevin anım mərasimi keçirilib

Cəmiyyət

9-08-2022, 15:54

Qarabağ qazisi: “Nişanlıyam, toy edib yeni mənzilimizə köçəcəyik"

Səhiyyə

8-08-2023, 20:23

“Yeni Klinika”nın rəhbəri qazidən Vüqar Qurbanovun maşının qapısını açmağı tələb edib? - BU NƏDİ BELƏ?

Gündəm / Cəmiyyət

29-02-2024, 09:46

Hikmət Mirzəyev üçün əlamətdar GÜN

Ölkə

28-09-2023, 13:08

“AzerGold” QSC-nin Vətən müharibəsində şəhid olmuş əməkdaşlarının xatirəsi yad edildi FOTO

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Dünən, 12:30
Göyçayda yol qəzasında xəsarət alan dörd nəfərdən ikisi ölüb - YENİLƏNİB
21-08-2026, 18:48
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb
20-08-2026, 10:04
DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
19-08-2026, 18:07
Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
18-08-2026, 09:16
Tovuzda avtomobil su kanalına düşüb, iki nəfər ölüb - YENİLƏNİB
17-08-2026, 18:20
Şəmkirdə minik avtomobilləri toqquşub, 3 nəfər ölüb
Xəbər lenti
  • Dünən, 17:00
    Özbəksitan Prezidenti “Heydər Əliyev” ordeni ilə təltif edilib
  • Dünən, 16:30
    İrana Məkkə sazişinə qoşulmaq təklifi verilib
  • Dünən, 16:00
    Prezidentin köməkçisi: Rəsmilər öz aralarında Azərbaycan və özbək dillərinin kombinasiyasında danışmağa çalışırlar
  • Dünən, 15:00
    Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
  • Dünən, 14:30
    Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
  • Dünən, 14:00
    ABŞ-də meşə yanğınının sahəsi bir gündə 3,2 min hektara qədər genişlənib
  • Dünən, 14:00
    Prezident İlham Əliyevin Özbəkistan səfəri - Bakı ilə Daşkənd arasında yeni əməkdaşlıq mərhələsi
  • Dünən, 13:00
    Pezeşkian: ABŞ İranın da Venesuela kimi süqut edəcəyini düşünürdü
  • Dünən, 12:30
    Göyçayda yol qəzasında xəsarət alan dörd nəfərdən ikisi ölüb - YENİLƏNİB
  • Dünən, 12:00
    Azərbaycanın yeniyetmə cüdoçuları dünya çempionatını 1 qızıl, 1 gümüş medalla başa vurublar
  • Dünən, 11:00
    ABŞ-nin Kanadaya qarşı təzyiq və təhdidləri gözlənilən nəticəni verməyib
  • Dünən, 10:30
    Premyer Liqa: "Turan Tovuz" "Şamaxı"nı, "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edəcək
  • Dünən, 10:00
    Tailandda yaraqlılar 30-dan çox obyektə hücum ediblər
  • 22-08-2026, 19:00
    İxtisas seçimində yeni yanaşma: Nə olursa-olsun, özəl universitet yazmayaq
  • 22-08-2026, 18:30
    Nazir: "Azərbaycan bankı bu gün Özbəkistan bankında payın alınmasına dair müqavilə imzalayacaq"
  • 22-08-2026, 18:00
    Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub
  • 22-08-2026, 17:30
    Astarada dənizdə boğulduğu deyilən şəxsin ölkə xaricinə getdiyi məlum olub
  • 22-08-2026, 17:00
    Xalq artisti Şükufə Yusupovanın keçirdiyi ağır yol qəzasının bəzi təfərrüatları məlum olub
  • 22-08-2026, 16:40
    “Teatrda fəhləlik də etmişəm, sürücü də olmuşam, amma təqaüd veriləndə biz yaddan çıxdıq” - GİLEY
  • 22-08-2026, 16:25
    Mikayıl Cabbarov: "SOCAR Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur"
  • 22-08-2026, 16:09
    Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
  • 22-08-2026, 15:40
    Türkiyədə helikopter qəzaya uğrayıb
  • 22-08-2026, 15:22
    Abortdan ölən qadın əvvəlcə bu hospitalda olub – Həkimi ŞOK DETALLAR açıqladı
  • 22-08-2026, 14:57
    Rusiya ordusu Borispol bölgəsinə raket zərbələri endirib
  • 22-08-2026, 14:44
    Generalın adı “Aqro Park” qalmaqalında - Təsərrüfatların suyu kəsilib
  • 22-08-2026, 14:01
    Azərbaycan nefti cüzi bahalaşıb
  • 22-08-2026, 13:46
    Üçüncü ölüm, bitməyən suallar: Sertifikatı ləğv edilmiş həkimə kim yol açır?
  • 22-08-2026, 13:22
    Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir
  • 22-08-2026, 13:03
    Qağaməli Seyfullayev idarəsində 44 milyonluq YEYİNTİ ŞÜBHƏSİ... - İDDİA
  • 22-08-2026, 12:44
    Bazar günü 40 dərəcə isti olacaq
  • 22-08-2026, 12:27
    Vətəndaşların şəxsi məlumatları qanunsuz əldə edilirmiş? – “Kapital Bank”la bağlı İDDİA
  • 22-08-2026, 11:48
    Rusiyadan Ermənistana buğda və propan daşıyan yük qatarı Biləcəridən yola düşüb
  • 22-08-2026, 11:37
    Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir? - VİDEO
  • 22-08-2026, 10:54
    Rusiya Kiyevdə dəmir yoluna ballistik zərbə endirib
  • 22-08-2026, 10:42
    Çalışın buralardan ƏRZAQ ALMAYIN... - AQTA da göz yumur...
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə