Sizin reklam burada 728×90
Son dəqiqə

Ermənilər təşvişdə: COP29 bitdi, Bakının mövqeyi sərtləşəcək

29.11.2024 17:38 242 1 dəq oxunur
Ermənilər təşvişdə: COP29 bitdi, Bakının mövqeyi sərtləşəcək
Ermənistanda siyasi dairələr Azərbaycanla danışıqların növbəti mərhələsini təşvişlə gözləyir.

Bəzi erməni siyasi ekspertlər hesab edirlər ki, BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP29) 29-cu sessiyasıni qəzasız-bəlasız yekunlaşdıran rəsmi Bakı beynəlxalq platformalarda mövqeyini gücləndirib.

Regional məsələlər üzrə ekspert Armen Petrosyanın fikrincə, yaxın gələcəkdə Bakı İrəvanla danışıqlarda öz mövqeyini daha da sərtləşdirəcək və ritorikasını kəskinləşdirəcək.

Bəzi məlumatlara görə, Bakı və İrəvan arasındakı danışıqlar bir neçə aylıq fasilədən sonra dekabrda davam etdiriləcək. Bu mərhələdə danışıqların əsas mövzusunun sərhədlərin tənzimlənməsi ilə bağlı olacağı gözlənilir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az