Sizin reklam burada 728×90
Son dəqiqə

Türkiyə Ədliyyə Akademiyasının rəhbəri: Hüquqi təməllərə əsaslanmayan əməkdaşlıq inkişaf edə bilməz

17.12.2024 11:42 298 1 dəq oxunur
Türkiyə Ədliyyə Akademiyasının rəhbəri: Hüquqi təməllərə əsaslanmayan əməkdaşlıq inkişaf edə bilməz
Hüquqi təməllərə əsaslanmayan əməkdaşlıq inkişaf edə bilməz.

Bunu Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Muhittin Özdemir "Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, Türk Dövlətləri Təşkilatının nəzdində qurulmuş hüquq və ədalət sahəsində əməkdaşlığı inkişaf etdirməyə yönəlmiş təşkilatın dönəm liderliyini Türkiyədən sonra Azərbaycan yerinə yetirib:

“Bu il iyun ayında Bakıda proqram hazırlamışdıq. Bu sayca ikinci proqramdır. Azərbaycan dönəm liderliyini Qazaxıstana təhvil verəcək. Bu tədbirlərin məqsədi Türk Dövlətləri Təşkilatı çərçivəsindəki əməkdaşlığı hüquq sahəsində də inkişaf etdirməkdir.

Hüquqi təməllərə əsaslanmayan əməkdaşlıq inkişaf edə bilməz. Ona görə də hüquq sahəsində dövlətlərin ixtilaflarını ortaq mədəniyyət çərçivəsində həll edilməsinə çalışırıq”.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az