• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Elşən Salahov vəzifəsini görəv deyil, fürsət hesab edir? - Camaat narazıdır... TROLLARSA MƏMNUN!

Cəmiyyət

18-12-2024, 10:37

Son günlər Xəzər rayon icra hakimiyyətinin başçısı Elşən Salahov barəsində yayımlanan məlumatlar onun trol ordusunu hərəkətə keçirib.

Sosial şəbəkələrdə paylaşılan məlumatların şərh bölməsində, "Elşən müəllim yaxşı insandır", "Qonşumdur, gözəl insandır", "Bakılıya bakılı rəhbərlik etməlidir" və sair kimi cahilcə cümlələr quraraq, az qala gerçəkləri yazan jurnalisti "xalq düşməni" elan etməyə çalışırlar.

Amma, müdriklər nə deyib? - Haqq nəzilər, üzülməz.

"DogruXeber.az" qeyd edir ki, icra başçısının şəhid ailələri və qazilərə güya qayğı göstərdiyi və kimlərinsə ona qarşı qəsdən "qarayaxma kompaniyası" apardıqları barədə "Trol komandası"nın qurduğu gülünc cümlələrə cavab olaraq, icra hakimiyyətinin süründürməçiliyə məruz qoyduğu müharibə veteranının redaksiyamıza müraciəti və hazırkı durumunu növbəti yazıda təqdim edəcəyik. Bu dəfə isə qanunsuz tikintilər və yerli sakinlərə qəsdən yaşadılan problemlərdən danışırıq.

Yuxarıda qeyd etdiyimiz həmin paylaşımların şərh bölməsində bir neçə şəxslər Buzovna qəsəbəsinin küçələrindən, yağışdan sonrakı vəziyyətindən və bu qədər problemin mövcud olduğu bir vaxtda həmin ərazilərdə günbəgün artan qanunsuz tikintilərdən bəhs edərək, icra başçısını "qanunsuz torpaq və ev satan makler" adlandırıblar. Türkan adlı "TikTok" istifadəçisi isə icra hakimiyyətinin ondan və onun kimi bir çox insanlardan pul alaraq, tikinti aparmasına icazə verdiyini, bir müddət sonra isə "qanunsuz tikili" olduğu üçün elə icra hakimiyyəti tərəfindən söküldüyünü və hazırda evsiz qaldıqlarını yazıb.





Yeri gəlmişkən, sosial mediada yayımlanan məlumatlarda Xəzər rayonu ərazisində qanunsuz torpaq satışı və tikintilərə qeyri-rəsmi nəzarətin Salahovun Arif və Yaşar adlı yaxınlarının əlində olduğu deyilir. Həmçinin, bildirilir ki, "Elşən Salahov Samir adlı yaxın adamı vasitəsilə Xəzərdə torpaq biznesi qurub. Bu azmış kimi qanunsuz tələblərə qarşı səsin çıxaranlara isə amansızlıq nümayiş etdirilir. Belə ki, tələb edilən "şirinlik" verilmədikdə sahibkar iaşə obyektinin belə sökülməsi ilə üzləşir. Digər məlumatlarda isə piyadalara qanunla verilmiş hüquqi yolun arzu olunmaz şəkildə zəbt edilməsinin məhs elə həmin "şirinlik" naminə olduğu vurğulanır. Kim "ağanı vaxtında görməyi bacarırsa demək onun işi yağ kimi gedəcək" misalı..."

Nə yazıq ki," Salahovun saxtakar əməlləri" sözlərinin keçdiyi cümlələr bununla da kifayətlənmir. İdarəçiliyin bütün imkanlarından məharətlə istifadə etməyi bacaran gənc başçının sonuncu parlament seçkilərində rayonun dövlət işində çalışan bütün sakinlərini məcburi olaraq 13 saylı Xəzər ikinci seçki dairəsindən bitərəf namizəd Gülşən Paşayeva ilə görüşməyə və ona səs verməyə göndərtdirdiyi barəsində xəbərlər də yerli saytlarda yer alır.

Hətta, yaxın günlərdə "cümhuriyyət" saytında belə bir məlumat yayımlandı ki, "Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov həbsin bir addımlığındadır.". Səbəb olaraq isə Xəzər rayonunun ən böyük qəsəbəsi sayılan Binədə son 4-5 ildə həyata keçirilən çoxsaylı qanunsuz tikililərin olduğu qeyd edilib.

Bildirilir ki, "müxtəlif məmurlara, iş adamlarına məxsus olan qanunsuz villalar o qədər genişlənib ki, artıq strateji obyekt olan hava limanı ərazisinə qədər “gəlib çıxıb”. İcra başçısının öz tamahı ucbatından dövlətin strateji obyekti üçün təhlükə yaratması, ali hakimiyyətin qəzəbinə səbəb olub. Məhz bundan sonra Xəzər rayonunda təftiş kompaniyasına start verilib. Aparılan ilkin araşdırmalar nəticəsində hava limanına yaxın ərazilərdə 60-a yaxın qanunsuz villa aşkar edilib. Məlum olub ki, bu villaların heç birinin tikintisi üçn rəsmi icazəsi olmayıb və bunların hamısı Elşən Salahovun “xeyir-duası” ilə inşa edilib."

İzləyiciləri bilmirik, amma biz bu məlumatları oxuyanda nə bu qədər qanunsuz işlərə təəccüblənmədik, nə də Salahovun həbs olunacağı barədə ehtimalı qətiyyən ciddi qəbul etmədik. Bir sözlə, inanmadıq.

Çünki, Elşən Salahovun yaxın keçmişində - yəni hələ müavin olduğu dövrdə Xəzər rayon icra hakimiyyətində əməliyyat aparıldığı, qurumun təsərrüfat şöbəsinin o, zamankı müdiri Tural Zeynalovun cinayət başında yaxalandığı barədə məlumatlar yayıldı. Lakin, sonradan 200 manat cərimə müqabilində Tural Zeynalov azadlığa buraxıldı. Mediada gedən məlumatlarda iddia edilirdi ki, Tural Zeynalovun azadlığa çıxmasında Elşən Salahovun böyük rolu olub.

Hələ müavin olduğu halda təsərrüfat müdirini "sudan quru çıxardığı" deyilən Elşən Salahovun indi səlahiyyətləri daha da artıb - o, artıq bir rayonun rəhbəridir, ikincisi də ki, "başqasına əriştə kəsdiyi halda, özünə umac ova bilməyəcəkmi sanırsınız?".

Qeyd edək ki, "DogruXeber.az" informasiya portalında yayımlanan ötən yazımızda Xəzər rayonu ərazisində aparılan qanunsuz tikintilərin görüntülərini təqdim edəcəyimizi vurğulamışdıq.

Bildiririk ki, həmin tikintilər barəsində aidiyyatı qurumlara göndərilməsi üçün tərəfimizdən rəsmi sorğular hazırlanır. Rəsmi qurumlara məlumat verdikdən sonra görüntüləri izləyicilərimizlə də paylaşacağıq.

Qeyd: Yazıda qeyd edilənlərlə bağlı icra hakimiyyətinin də mövqeyini dərc etməyə hazırıq.

DogruXeber.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

15-10-2024, 17:54

Xəzər ratonunda nə baş verir? – Elşən Salahovun qohumları ilə bağlı ilginc iddialar /ŞİKAYƏT

Cəmiyyət

16-10-2024, 11:58

Elşən Salahovun qohumları ilə bağlı ilginc iddialar - Xəzər ratonunda nə baş verir?

Cəmiyyət

6-08-2024, 19:50

Xəzər rayonunda səkilər satışa çıxarılıb? – Video

Gündəm / Cəmiyyət

14-12-2024, 13:04

Elşən Salahov həbsin bir addımlığında: İcra başçısını prezidentin qəzəbinə düçar edən hansı əməli olub?

Cəmiyyət

13-08-2024, 12:28

Xəzərin icra başçısı Elşən Salahova ittiham - Büdcə təşkilatları Gülşən Paşayeva üçün səfərbər edilib?

Siyasət

5-10-2022, 15:55

Xətai Rayon İcra Başçısı Rafiq Quliyev Ulu Öndər Heydər Əliyev siyasətinə və Cənab Prezident İlham Əliyevə Sədaqətlə Xidmət Edən İnsandır.

Gündəm / Cəmiyyət

5-11-2024, 09:26

Elşən Salahovun yaxınları COP29-dan necə istifadə edir?

Cəmiyyət

20-11-2024, 10:14

İcra başçısının oğlu yarım milyonluq maşınına yeni nömrə aldı - FOTOLAR

Mədəniyyət

13-08-2022, 18:29

Yazıçı Anar ona “xalq şairi” deyən icra başçısından danışdı

Sosial / Olay

24-11-2023, 13:51

İcra Başçısının müavinindən şəhid ailələrinə və qazilərə hörmətsizlik

Sosial / Olay

9-10-2023, 16:54

Əzizovun rəhbərlik etdiyi Suraxanıda qanunsuz tikintilər və daha nələr… nələr…. – FOTO

Bölgə

5-07-2022, 12:08

Goranboy icra hakimiyyətində dərə xəlvət: Şöbə müdiri qız qaçırır, rəhbəri isə ayaqyolunda…

Araşdırma
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Hadisə
Dünən, 16:25
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
23-06-2026, 19:00
Türkiyədə sursat anbarında partlayış olub, 2 nəfər ölüb, 2-si yaralanıb
23-06-2026, 18:00
Gürcüstanda azərbaycanlı tələbə partlayışda həlak oldu
23-06-2026, 16:31
Məktəb direktoruna kabinetində xəsarət yetirdi və cəza aldı
17-06-2026, 09:28
Ağstafa su kanalında kişi batıb
14-06-2026, 12:00
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı
Xəbər lenti
  • Dünən, 19:00
    Krasnodarda helikopter qəzaya uğrayıb
  • Dünən, 18:30
    İlham Əliyev Qalibafa: Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın
  • Dünən, 18:14
    Əli Əsədov Numan Kurtulmuşla görüşüb
  • Dünən, 18:04
    Azərbaycanlılar Tbilisi vağzalında qalıb - Qatar biletləri tapılmır, ADY cavab vermir...
  • Dünən, 17:42
    "Azərikard" kart hesablarındakı problemlə bağlı açıqlama yayıb
  • Dünən, 17:28
    251 nömrəli məktəbdə "SON ZƏNG" adı ilə 100 min pul toplanıb? - Hər şagird 1800 manat...
  • Dünən, 17:07
    Kubada Venesuela variantına hazırlıq – "Azadlıq adası"nın "halına yanan gərək" - ŞƏRH
  • Dünən, 17:01
    “Maqnusu məğlub etmək ən böyük arzum deyildi” - Aydın Süleymanlı
  • Dünən, 16:35
    Bakıda məhkumun azadlıqda olarkən basdırdığı avtomat aşkarlanıb
  • Dünən, 16:25
    9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
  • Dünən, 16:10
    Tramp: İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etsə, danışıqlar dərhal dayandırılacaq
  • Dünən, 16:03
    Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı baxımsızlıqdan "tarix"ə qarışır
  • Dünən, 15:27
    Pakistanın Azərbaycandakı səfirliyi iki gün işləməyəcək
  • Dünən, 15:11
    Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
  • Dünən, 14:56
    Pakistan XİN: ABŞ-İran texniki danışıqları gələn həftə bərpa olunacaq
  • Dünən, 13:23
    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
  • Dünən, 13:11
    Sabah Bakıda və rayonlarda yağış yağacaq
  • Dünən, 13:02
    Gələn həftə direktorların işə qəbulu üzrə elektron qeydiyyatı başlayacaq
  • Dünən, 12:54
    İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? - İLGİNC İDDİA
  • Dünən, 12:30
    Şuşada TDT ölkələrinin dini qurumlarının rəhbərlərinin Birinci görüşü keçiriləcək
  • Dünən, 12:21
    DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... - BU DA FAKT...
  • Dünən, 11:53
    MM sədri: Azərbaycan İƏTPİ Konfransının hədəflərinin irəli aparılmasına tam sadiqdir
  • Dünən, 11:39
    "Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
  • Dünən, 11:20
    İlham Əliyev: Qərbdə bəzi siyasi dairələr İslam dininə qarşı qərəzli təsəvvür yaratmağa cəhd göstərir
  • Dünən, 11:01
    Push30'un biabırçı müştəri xidməti - NARAZILIQ VAR...
  • Dünən, 10:23
    Sabah fəlsəfə doktoru və doktoranturaya qəbul üzrə xarici dil imtahanı təşkil olunacaq
  • Dünən, 10:14
    AMEA-da 200 minlik cari təmir: - Alimlərin binasına əl gəzdirilir!
  • Dünən, 09:49
    Azərbaycan neftinin qiyməti 80 dollardan aşağı düşüb
  • Dünən, 09:41
    Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR - İTTİHAM VAR...
  • Dünən, 09:20
    Şimali Kiprin spikeri Azərbaycana səfərə gəlib
  • Dünən, 09:05
    Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! - Qəbələdə icra böhranı
  • Dünən, 08:47
    Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
  • Dünən, 08:45
    Bakıda yalnız 3 istiqamətdə tıxac var
  • 23-06-2026, 19:25
    Sevda Abuzərli: “Bu səfər mənim üçün həm elmi, həm də peşəkar baxımdan olduqca faydalı təcrübə oldu”
  • 23-06-2026, 19:00
    Türkiyədə sursat anbarında partlayış olub, 2 nəfər ölüb, 2-si yaralanıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə