Sizin reklam burada 728×90
Son dəqiqə

MSK bələdiyyə seçkilərində daha 10 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb

21.12.2024 15:38 326 1 dəq oxunur
MSK bələdiyyə seçkilərində daha 10 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb
Mərkəzi Seçki Komissiyası (MSK) daha 10 siyasi partiyanın bələdiyyə seçkilərindəki səlahiyyətli nümayəndələrini qeydə alıb.

Bununla bağlı MSK-nın dekabrın 21-də keçirilən iclasında qərar layihəsi müzakirə olunub.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, quruma müraciət edən Respublikaçı Alternativ (REAL), Ağ Partiyası, Gələcək Azərbaycan (GAP), Ədalət, Vəhdət, Haqq Ədalət (HƏP), Demokrat (ADP), Azad Vətən, Müasir Müsavat, Yeni Zaman partiyalarının 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb.

Müvafiq qərarlar səsverməyə çıxarılaraq qəbul olunub.

İclasda çıxış edən MSK sədri Məzahir Pənahov bələdiyyə seçkilərində indiyədək 23 siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydə alındığını deyib: "Qeydiyyatdan keçmiş qalan üç partiya üçün də hələ vaxt var".
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az