• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Hakim Elnur Nuriyev dələduzluğa görə tutulan Pənah Kərimovu həbsdən azad edib -Prezidentə və İnam Kərimova ŞOK müraciət...

Cəmiyyət

30-12-2024, 13:46

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyev "Sahil - S İnşaat" şirkətinin rəhbərinin şəriki, dələduzluq ittihamı ilə həbs edilmiş Pənah Kərimovu ev dustaqlığına buraxıb.

Redaksiyamıza məlumat verən zərər çəkənlərin sözlərinə görə, 2 ildir davam edən məhkəmə prosesinə sədrlik hakim Əli Məmmədovda idi. Onun prosesə sədrlik etdiyi dövrdə təqsirləndirilən şəxs barəsində heç zaman belə qərar çıxarılmayıb. İş hakim
Elnur Nuriyevə verildikdən sonra məhkəmənin ilk günü məlum qərarı çıxarıb. Zərər çəkənlər Prezident İlham Əliyevə və Ali Məhkəmənin sədri İnam Kərimova, həmçinin, Baş Prokurorluq yanında Korrupsiya ilə Baş Mübarizə İdarəsinə müraciət edərək hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə qərardan narazılıq bildiriblər. Onlar dələduzluq əməlləri sübuta yetirilmiş Pənah Kərimovun ev dustaqlığına buraxılmasını hakim Elnur Nuriyevin qanunsuz qərarı hesab ediblər. Müraciətdə vurğulanıb ki, şirkətin sahibi Taley Alaverdiyevdir, 2018-ci ildə Yeni Günəşli ərazisində binanın tikintisinə başlanıb. Pənah Kərimov isə şərik kimi 2021-ci ildə, yəni üç il sonra bu işlərə qoşulub. Sakinlərin bildirdiyinə görə, elə Pənah Kərimovun binanın işlərinə girişməsindən sonra bir mənzilin bir neçə şəxsə satılması halları olub. Buna qədər heç bir dələduzluq, fırıldaq əməli yox idi. İndisə belə bir şəxsin ev dustaqlığına buraxılması yolverilməz haldır. Zərər çəkənlər arasında məhkəmə prosesində iştirak edənlər olub. Onlar Pənah Kərimovun ev dustaqlığına buraxılmasına etiraz ediblər. Bununla belə, hakim Elnur Nuriyev öz bildiyini edib və onu ev dustaqlığına buraxıb.
Prezidentə və Ali Məhkəmə sədrinə üz tutan zərər çəkənlər deyiblər ki, Pənah Kərimovun dələduzluq əməlləri prokurorluğun apardığı istintaqla sübut edilib, 165 ailənin zərər çəkdiyi isbat olunub, məhkəmənin qərarı ilə həm Taley Alaverdiyev, həm Pənah Kərimov barəsində həbs qətiimkan tədbiri seçilib. Bu müddətdə istintaq aparılıb, sonra hakim Əli Məmmədovun sədrliyi ilə məhkəmə istintaqı aparılıb, lakin hökm oxunmayıb. Amma elə ki iş hakim Elnur Nuriyevə verilib, ilk gündən Pənah Kərimov azad edilib. Müraciətdə deyilir: "Cənab Prezident və möhtərəm Ali Məhkəmə sədri, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyev özbaşınalıq edib. Hakim dələduzluqda ittiham olunan şəxsi özünün ilk məhkəməsində necə azad edə bilər? Hansı məhkəmə-hüquq sistemində görünüb ki, təqsirləndirilən şəxs barəsində belə tezliklə ev dustaqlığı qərarı verilsin? Ən azı bir neçə proses olmalıdır, zərər çəkənlər dindirilməlidir. Bu fakt Azərbaycan məhkəmələrinin və hakimlərinin nə vəziyyətdə olduğunu, hansı sifarişlər yerinə yetirdiyini, rüşvətə bulaşdığını, ölkənin məhkəmə sistemini gözdən saldığını, Elnur Nuriyev kimi hakimlərin dələduzları, fırıldaqçıları, bir mənzili bir neçə adama satanları müdafiə etdiyini göstərməkdədir. Bu qərar böyük təəssüf doğurur ki, hakim dələduzu qoruyur. Bizim üçün maraqlıdır, hakim Elnur Nuriyev hansı maraq qarşılığında bu qərarı verib? Hər halda, biz sadəlövh deyilik ki, hakimin işə obyektiv yanaşdığına inanaq. Pənah Kərimov hakim Elnur Nuriyevin qohumu-dostu da deyil ki, ona ürəyi yansın. Deməli, burada maddi maraq güdülüb. Biz şübhələnirik ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin və bütövlükdə Azərbaycan məhkəmə sisteminin adına ləkə gətirən hakim Elnur Nuriyevin dələduz Pənah Kərimovla sövdələşməsi olub, pul marağından irəli gələrək onu ev dustaqlığına buraxıb".
Müraciətdə Baş Prokurorluğun hakimin qərarından protest verilməsi istənilib və işə Ali Məhkəmə sədri İnam Kərimovun da qarışması xahiş edilib: "Biz dövlətimizə inanırıq. Əminik ki, Elnur Nuriyev adlı hakimin dələduzu, 165 ailənin başına oyun açan bir cinayətkarı müdafiə etməsinə aidiyyatı orqanlar tərəfindən reaksiya veriləcək. Biz dövlət başçımızın da məsələ ilə bağlı tapşırıq verəcəyinə güvənirik. Bilirik ki, ölkəmizin başına gələn bu faciəvi hadisə, təyyarəmizin vurulması ilə bağlı cənab prezidentin başı qarışıqdır, amma biz zərər çəkən insanlara qarşı hakimin etdiyi bu hərəkətlə bağlı müraciətimizə baxılacağını, Prezident Administrasiyasından mövqe bildiriləcəyini gözləyirik. Ona görə prokurorluğun protesti əsasında Pənah Kərimovun yenidən həbsə göndəriləcəyini, məhkəmə istintaqında zərər çəkənlərin də iştirakı ilə ona hökm oxunacağını gözləyirik. Biz 165 ailəni aldatmış, cinayətə yol vermiş hər iki şəxs - Taley Alaverdiyev və Pənah Kərimov cəzalarını almalıdırlar. Bunun üçün dövlət orqanlarından kömək gözləyirik". Sonda zərər çəkənlər anons ediblər ki, bayram tətilindən sonra hakimin bu qərarına görə PA və Məhkəmə-Hüquq Şurası önünə toplaşaraq etirazlarını bildirəcəklər.(anaxeber.org)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Kriminal

25-09-2023, 11:20

Həbsdə olan sabiq hakiminin yenidən məhkəməsi başladı

Hadisə

16-08-2023, 16:47

Hakim və prorektorun adından dələduzluq etdi

Cəmiyyət

30-09-2024, 12:33

Ucar sakini yerli hakimdən İnam Kərimova ŞİKAYƏT ETDİ - MÜRACİƏT

Ölkə

2-10-2023, 11:39

2 milyonluq dələduzluq edən keçmiş polisə HÖKM OXUNDU

Araşdırma / Sosial

11-10-2023, 12:55

Keçmiş məhkəmə sədri hakimlik pensiyası ala bilmirmiş - Qərar verildi

Hadisə

11-08-2022, 12:51

Sabiq bələdiyyə sədrinin bacısı qazini işə düzəltmək adı ilə dələduzluq edib

Hadisə

10-10-2024, 12:32

Əhməd Əhmədov cəzadan azad edildi

Gündəm / Cəmiyyət

29-11-2024, 11:32

Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub

Hadisə

28-07-2022, 13:29

"Şəhid qardaşı" HƏBS EDİLDİ - Görün NƏLƏR EDİRMİŞ

Sosial

12-01-2024, 16:39

Prokuror Əvəz Zeynallıya 10 il həbs istədi

Cəmiyyət

9-08-2022, 13:15

Üç ay əvvəl azadlığa buraxılan polis mayoru yenidən həbs olundu

Cəmiyyət

19-08-2022, 17:15

Alim Qasımovun evindən oğurluq edən kürəkəni Ali Məhkəməyə müraciət etdi

Araşdırma
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Hadisə
6-10-2026, 17:41
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
6-10-2026, 09:38
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
5-10-2026, 17:57
Bakıda məktəbli bıçaqlanıb
4-10-2026, 15:00
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
Xəbər lenti
  • Dünən, 21:56
    Türkiyədə təriqətlərin savaşı, FETÖ-dən sonra yeni təhlükə siqnalı
  • Dünən, 19:00
    "AnewZ": Almaniya kəşfiyyatı Bakıya Azərbaycanın Hanninq işinə aidiyyəti olmadığını bildirib
  • Dünən, 18:40
    Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edilib
  • Dünən, 18:30
    İmamverdi İsmayılovun biznes imperiyası:Millət vəkilinin şirkətlərini kim idarə edir?
  • Dünən, 18:08
    Sabah Masallının 5 kəndində qaz olmayacaq
  • Dünən, 17:25
    Naxçıvanda oktyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb
  • Dünən, 17:15
    Keçmiş deputatın cinayətləri bitmək bilmir... - NARAZILIQ VAR...
  • Dünən, 16:56
    HƏMAS-ın məğlubiyyəti – yeni Fələstinin, Yaxın Şərqin qurulması - ŞƏRH
  • Dünən, 16:41
    “3 saatlıq əməliyyata görə 80 manat, bu stresi yaşamağa dəyər?” - ETİRAZ
  • Dünən, 16:29
    İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib
  • Dünən, 15:31
    “Həkimə xoş niyyətlə getmişdim, dedi ki, “damarların 100 faiz tutulub” - Hacı Aqil Məlikov səhhətindən danışdı
  • Dünən, 15:31
    Azərbaycanda ötən ay avtobuslardan istifadə edən sərnişinlərin sayı 16 %-dən çox artıb
  • Dünən, 15:00
    Paşinyanın Aİİ-Aİ oyunu Ermənistanı hara aparır? - geosiyasi manevr iqtisadi reallığa təslim olur
  • Dünən, 13:02
    Sabah Bakıda hava yağmursuz olacaq
  • Dünən, 12:58
    Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib
  • Dünən, 12:50
    Qərbi azərbaycanlıların pulsuz hüquqi yardımdan yararlanması məsələsi parlamentdə qaldırılıb
  • Dünən, 12:43
    Həbsdə olan icra başçısının oğlu yeni şirkət təsis edib
  • Dünən, 12:20
    Binəqədi və Sabunçuda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
  • Dünən, 12:11
    Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… - İLGİNC GƏLİŞMƏ...
  • Dünən, 11:59
    Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
  • Dünən, 11:50
    Yarım milyon manatı vergidən yayındırma faktı üzrə cinayət işi açılıb, məhkəmə başlayır
  • Dünən, 11:25
    İşçinin həyatı üçün AÇIQ TƏHLÜKƏ... - MÜRACİƏT
  • Dünən, 11:01
    İlham Əliyev: İtkin düşmüş şəxslərin taleyi Ermənistanla etimadın gücləndirilməsi üçün mühüm məsələdir
  • Dünən, 10:48
    Şanxaya şəkil çəkdirməyə getmək dövlətə neçəyə başa gəldi? - BU NƏDİ BELƏ?
  • Dünən, 10:22
    İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib - YENİLƏNİB
  • Dünən, 10:11
    "Qurtuluş 93"-də zirzəmi obyektə çevirilir - Sakinlər narazıdır
  • Dünən, 09:34
    Dünya çempionatı: Azərbaycanın daha dörd cüdoçusu bu gün tatamiyə çıxacaq
  • Dünən, 09:00
    Bu gün Bakı, Ağdərə, Goranboy, Göyçay və Yevlaxın bəzi ərazilərində işıq olmayacaq
  • 6-10-2026, 19:00
    Azərbaycan və Böyük Britaniya rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır
  • 6-10-2026, 18:31
    Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
  • 6-10-2026, 18:22
    FHN Kəmaləddin Heydərovun oğlunun 3 mərtəbəli obyektinin istismarına icazə verdi - AY MAŞALLAH...
  • 6-10-2026, 18:01
    Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib
  • 6-10-2026, 17:41
    Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
  • 6-10-2026, 17:07
    Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək
  • 6-10-2026, 16:45
    Azərbaycanın çoxvektorlu diplomatiyası - İlham Əliyevin yeni mesajları - ŞƏRH
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə