Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycanlı alim Vaqif Şadlinski Rusiya Elmlər Akademiyasının Fəxri fərmanı ilə təltif olunub -

24.01.2025 13:29 288 1 dəq oxunur
Azərbaycanlı alim Vaqif Şadlinski Rusiya Elmlər Akademiyasının Fəxri fərmanı ilə təltif olunub -
Azərbaycanlı professor, Əməkdar elm xadimi, Prezidentin fərdi təqaüdçüsü, “Şöhrət” ordeni laureatı Vaqıf Şadlinski Rusiya Elmlər Akademiyasının prezidenti akademik Gennadi Krasnikov tərəfindən Fəxri fərmanla təltif olunub.

O, Rusiyanın elmi təşkilatları ilə səmərəli əməkdaşlığına, tibb elminin inkişafına verdiyi əhəmiyyətli töhfələrə və 85 illik yubileyinə görə mükafatlandırılıb.

Qeyd edək ki, Vaqıf Bilas oğlu Şadlinski 1940-cı ilin yanvar ayının 24-də anadan olub. O, 600-dən artıq elmi əsərin, o cümlədən 18 monoqrafiyanın, 46 dərsliyin, 23 tədris-metodik vəsaitin, "İnsan anatomiyası üzrə Atlas"ın, Azərbaycan, rus, ingilis və latın dillərində "Anatomik terminologiya"nın müəllifidir.
Vaqıf Şadlinski 2004-cü ildə Rusiya Tibb Elmləri Akademiyasının, 2009-cu ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, 2014-cü ildə isə Rusiya Elmlər Akademiyasının xarici üzvü seçilib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az