• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT

Cəmiyyət

5-02-2025, 17:39

Bakı şəhər sakini Sadiq İsrafilov Batıgöz Klinikasının ödənişsiz göz müayinəsi adı altında pasiyentləri aldatmasından şikayətçidir.
O, bu barədə redaksiyamıza müraciətində bildirib.
Onun sözlərinə görə, bir müddət əvvəl klinikanın həkimləri Lənkərana səfər ediblər və sığorta ilə işləyəcəklərini vəd edərək, xəstələri Bakıya - Batıgöz Xəstəxanasına yönəldiblər:
"Lakin xəstəxanaya gedən zaman, xəstələr uzun növbələrə dayanır və son nəticədə məlum olur ki, Batıgöz bu cür xəstələri qəbul etmir. Bacım oğlu Elşən İsrafilov da eyni problemlə üzləşib. O, Yardımlı şəhərində yaşayır. Bölgənini digər göz xəstələri kimi o da ümidlə Lənkəranda Batıgöz Klinikasının həkimlərinə üz tutub. Amma həkimlər problemləri burda deyil, Bakıda həll edəcəklərini deyiblər. Bacım oğlu da atasıyla "Gənclik" metrosunun yaxınlığında yerləşən həmin klinikaya gəlib. Xeyli gözlədikdən sonra məlum olub ki, sən demə, ümumiyyətlə, Batıgöz bu cür xəstələri qəbul etmir! Nəticədə boşuna vaxt və xeyli pulu xərcləyiblər. Həkimin umduğunu vermədikləri üçün kor-peşman rayona dönməli olublar".
Klinika tərəfindən aldadıldığını bildirən Elşən İsrafilov isə deyir ki, Bakıya gəldikdən sonra həkimlər ona əməliyyat olunmağı təklif ediblər:
"Sənədləri hazırlayanda bütün linzaların qiymətlərini elan etdilər. Biz də bildirdik ki, tibbi sığorta ilə gəlmişik. Çünki bizə demişdilər ki, Bakıya gəlin, sığorta ilə əməliyyat olunacaqsız. Bizdən 500 manat pul istədilər. Dedilər ki, guya sığortanın verdiyi linzalar pisdir, pul verin, yaxşısını verək. Biz də imtina etdik. Onların məqsədi əlavə linza adı ilə 500 manat almaq idi. Faktiki olaraq, həmin məbləği verənlər əməliyyat olundu, verməyənlər qapı dalında qaldı. Bu fırıldaqçılıqdan başqa bir şey deyil".


(Sadiq İsrafilov)

Məsələ ilə bağlı Batıgöz Klinikası ilə əlaqə saxladıq. Klinikanın insan resursları departamentinin rəhbəri Günel Məmmədli Bakupost.az -a açıqlamasında bildirib ki, şikayətçi Lənkəranda müayinə olunub və gözündə anadangəlmə ləkə olduğu üçün Bakıya gəlmək tövsiyə olunub. O qeyd edib ki, pasiyent müayinə üçün deyil, katarakt əməliyyatı üçün göndəriş alıb:
“Aydındır ki, Lənkəranın texniki imkanları Batıgöz qədər ola bilməz. Söhbət cihazlardan gedir. Mən həkimlə dəqiq maraqlandım. Biz həmin şəxsi Bakıya ona görə dəvət etmişik ki, müasir texnologiya ilə baxaq və gözündə nə olduğunu dəqiq müəyyən edək. Xəstə ödəniş etməmək üçün katarakt göndərişi alıb gəlib. Lakin biz burada onu iki həkimlə yoxladıqdan sonra gördük ki, görmə dərəcəsi 70 faizdən yuxarıdır. İcbari tibbi sığorta belə xəstələri pulsuz katarakt əməliyyatı etmir. Çünki görmə səviyyəsi 70 faizdən yuxarı olduqda bu, mümkün deyil. Görmə dərəcəsi çox zəif olmalı, yəni 50 faizdən də aşağı düşməlidir ki, icbari tibbi sığorta ilə əməliyyat mümkün olsun. Ona görə də həkimlər tərəfindən xəstəyə ağıllı linza məsləhət görülüb. Ağıllı linza görməni 100 faiz təmin etmək üçündür. Lakin ağıllı linza icbari tibbi sığorta zərfində yoxdur. Xəstə istəsə, ağıllı linzanı seçə bilər, istəməsə, adi linza qoydura bilər. Bu artıq xəstənin öz seçimidir və icbari tibbi sığorta bunu qarşılamır. Bu halda isə xəstə özəl xidmət kimi ağıllı linzanın pulunu ödəməli olur. Əgər xəstə bunu ödəmək istəmirsə, biz artıq onu icbari tibbi sığorta ilə əməliyyat edə bilmirik. Bu səbəbdən onun əməliyyatından imtina olunub".

Qeyd edək ki, Batıgöz Klinikası vaxtaşırı sosial şəbəkələrdə rayonlarda ödənişsiz göz müayinəsi ilə bağlı elanlar yerləşdirir. Lənkərandan başqa, yanvarın 5-də Bərdədə də belə bir qəbul keçirilib. Maraqlıdır ki, şikayətçi Sadiq İsrafilovun üzləşdiyi problemlə bağlı sosial şəbəkədə paylaşımına rəy yazan digər vətəndaşlar da Batıgözün onları aldatdığından şikayət ediblər.


Onu da qeyd edək ki, Batıgöz Klinikasından mövcud qanunvericiliyə görə, Elşən İsrafilovu tibbi sığorta ilə əməliyyat etmələrinin mümkünsüz olduğunu bildirsələr də, o, artıq digər özəl klinikalardan birində icbari tibbi sığorta ilə əməliyyat olunub.
Lalə Novruz, BakuPost

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Səhiyyə

5-08-2023, 15:09

Naxçıvan səhiyyəsi: Tibbi avadanlıq əvəzinə 130 000 -lik avtomabiil alındı

Gündəm / Cəmiyyət

1-10-2024, 18:36

“Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? - "...məhkəmədə görüşəcəyik"

Cəmiyyət

5-11-2024, 16:33

ATU Cərrahiyyə klinikası acınacaqlı vəziyyətdə - Səbəblər, qara əl, xəstə azlığı...

Gündəm / Səhiyyə

11-10-2023, 20:12

Bakıda tanınmış klinika xəstələri qanunsuz əməliyyat edir?

Gündəm / Cəmiyyət

13-08-2024, 08:44

BADAM - Medical Center-də həkim terroru -"Oftalmoloq Günel Ağayeva atamı bilə-bilə kor etdi"

Gündəm / Səhiyyə

27-01-2025, 16:10

Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub?

Gündəm / Cəmiyyət

9-07-2024, 15:52

"Reo-Med" klinikası QƏSSABXANADIR? - Həkimin ali təhsili yox imiş...

Hadisə / Bölgə

22-08-2022, 13:35

İntihar edən tanınmış stomatoloqun FOTOsu

Səhiyyə

18-01-2024, 12:43

TƏBİB-in sədrinin göndəriş monopoliyası

Səhiyyə

22-01-2024, 22:37

TƏBİB-in sədrinin göndəriş monopoliyası

Maraqlı

14-07-2022, 18:36

Məktəbli qızın mədəsində iki rulon tualet kağızı tapıldı

Gündəm / Səhiyyə

6-11-2023, 14:13

Doktorsuz “Doktor Med” klinikası... - VIDEO

Araşdırma
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Hadisə
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Dünən, 20:05
    Qarabağın yeni həyatı rəqəmsal platformalarda: tələbə və inflüenserlərlə görüş
  • Dünən, 19:00
    İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
  • Dünən, 18:45
    AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib
  • Dünən, 18:37
    “Olimp Hospital”da əməliyyatdan sonra öldü
  • Dünən, 18:15
    Prezident: Bizim neft-qaz məhsullarımıza tələbat artacaq
  • Dünən, 18:06
    İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
  • Dünən, 17:32
    İlham Əliyev: Heç kim bizə yol göstərməsin, hərə getsin öz xalqına, dövlətinə gün ağlasın
  • Dünən, 17:21
    İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
  • Dünən, 17:05
    Üçkilsədə "at oynadan" "KQB agenti" - Ermənistanı buxovlayan kilsə bağı - ŞƏRH
  • Dünən, 16:54
    “İrşad”dan şikayətlər bitmir – Foto
  • Dünən, 16:15
    YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib - YENİLƏNİB
  • Dünən, 16:02
    "Keçirilən bu yoxlanış heç də şəffaf olmadı..." - ETİRAZ
  • Dünən, 15:38
    Lukaşenko Ermənistanı "arabanı atın qabağına qoşmamağa" çağırıb
  • Dünən, 15:04
    Azərlotereya”nın “Kosmos” uduşu – Bəs vətəndaş yerdə nə udur?
  • Dünən, 14:50
    Sumqayıtda məktəbdə 21 şagird zəhərlənib - TƏFƏRRÜAT - YENİLƏNİB
  • Dünən, 14:23
    Kəmaləddin Heydərov FHN-də strukturu dəyişdi: 7 idarə şöbəyə çevrildi - DETALLAR
  • Dünən, 14:18
    “Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
  • Dünən, 14:08
    Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
  • Dünən, 12:52
    Şənbə günü Azərbaycanda güclü yağış yağacaq
  • Dünən, 12:46
    “Bravo”da endirim qalmaqalı - VİDEO
  • Dünən, 12:37
    Zakir Həsənov: Azərbaycan, Gürcüstan, Türkiyənin əməkdaşlığı regional sabitliyin mühüm platformasıdır
  • Dünən, 12:17
    Ağcabədidə xarabalığı xatırladan uşaq bağçası – VİDEO
  • Dünən, 12:03
    İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
  • Dünən, 11:38
    Arxalı olmasa “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” MMC iki ilə 250 milyonluq tender uda bilərdimi
  • Dünən, 11:13
    Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
  • Dünən, 10:47
    İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
  • Dünən, 10:33
    Anar Bayramovun dövründə Reabilitasiya Mərkəzindəki nə baş vermişdi? - 540 minlik ƏDV qalmaqalı...
  • Dünən, 10:07
    Azərbaycan neftinin qiyməti 5 %-ə yaxın artıb
  • Dünən, 09:54
    YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir
  • Dünən, 09:48
    Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi -Şikayətlər, sənədsiz obyektlər və cavabsız suallar
  • Dünən, 09:17
    FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
  • Dünən, 09:08
    Körpə Xədicəyə qıyan biabırçı səhiyyə - AXI NİYƏ?..
  • Dünən, 08:55
    Yasamal və Qaradağın bəzi ərazilərində işıq kəsiləcək
  • 1-10-2026, 19:00
    Mikayıl Cabbarov: Azərbaycan çimərlik güləşində ilk dəfə dünya çempionu olub
  • 1-10-2026, 18:30
    Gəncədə 7 şagirdin zəhərləndiyi məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırılıb - YENİLƏNİB-2
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə