Sizin reklam burada 728×90
Son dəqiqə

Nazir onu vəzifəyə təyin etdi

07.03.2025 14:16 376 1 dəq oxunur
Nazir onu vəzifəyə təyin etdi
“Aqroservis” ASC-nin İdarə Heyəti sədrinə müavin təyin olunub.

Sözügedən vəzifəyə Alıyev Nurşən Elxan oğlu gətirilib. Bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov Əmr imzalayıb.

Məlumata görə, N. Alıyev hazırda “Aqroservis” ASC-nin sədri vəzifəsində çalışan Mehman Veysəlovla əvvəllər birgə çalışıb.

Qeyd edək ki, bu ilin yanvar ayında “Aqroservis”in İdarə Heyətinin sədr müavini İlyas Həsənov vəzifəsindən azad edilib.

Xatırladaq ki, N.Alıyev uzun müddət “Təmiz Qaz” QSC-nin direktoru vəzifəsində çalışıb və “AAN Group” şirkətinin də rəhbəridir.

Qaynarinfo
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az