Sizin reklam burada 728×90
Son dəqiqə

Tahir Əmiraslanovdan Turizm Agentliyinə SƏRT İTTİHAM: "2,9 milyon manat silinib"

10.03.2025 16:44 252 1 dəq oxunur
Tahir Əmiraslanovdan Turizm Agentliyinə SƏRT İTTİHAM: "2,9 milyon manat silinib"
Beynəlxalq təşkilatların rəhbərliyində təmsil olunurduq, Dövlət Turizm Agentliyi 3 il əlindən gələni etdi ki, bizi bu rəhbərlikdən uzaqlaşdırsın.

Lent.az xəbər verir ki, bunu İctimai birliklər və dini qurumlar komitəsinin təşkil etdiyi “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda ictimai dinləmədə "Azərbaycan Milli Kulinariya Assosiasiyası" İctimai Birliyinin sədri Tahir Əmiraslanov deyib.

“Mətbuatda gedən məlumata görə, bizim əvəzimizə gətirilən təşkilatla birlikdə 2.9 milyon manat pul silinib. Guya Azərbaycan mətbəxi dünyada tanıdılıb. Bu pulları, bu vəsaitləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və yaxud Qərbi Azərbaycan İcmasına vermək lazımdır ki, düzgün istifadə edilsin”, - Tahir Əmiraslanov bildirib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az