Cəmi 667 km²-lik ərazisi olan Yardımlı rayonunda son zamanlar baş verdiyi deyilən bəzi hadisələr və icra hakimiyyətinin məsul şəxslərinin qeyri-qanuni yollarla əldə etdikləri yüksək məbləğlər barəsində redaksiyamıza ardıcıl məlumatlar gəlməkdə davam edir. Xatırladaq ki, ötən həftə portalımızda elektron poçt ünvanımıza gələn məlumatları dərc etmişdik.
Yazıda qeyd olunurdu ki, Yardımlı rayon icra hakimiyyətində çalışan bəzi dövlət bəzi quluqçuları dövlətin işçilərə verdiyi əmək haqqından və mükafatdan rüşvət istəyir. Belə ki, il ərzində 3 dəfə dövlət tərəfindən ərazi numayəndəndəliklərinə rübdə 1 dəfə mükafat verilir. Mükafatın əmrini almaq üçün ilk öncə Yardımlı rayon İcra Hakimiyyəti Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Namiq Vəli oğlu Səfərovu “görmək” lazım gəlir. Mükafatın buraxılması ilə bağlı Yardımlı rayon icra hakimiyyəti başçısı cənab Ayaz Əsgərovun verdiyi əmri hər ərazi nümayəndəliklərinə vermək üçün 20 manatdan pul yığılır. Yardımlı rayonu üzrə 30 ərazi nümayəndəlikləri var və hərəsindən 20 manatdan pul yığılır ki, bu da bir rübə 600 (altı yüz) manat edir. Mükafat da ildə 3 dəfə verilir deyə, bu da edir 1800 manat.
Bu məbləğin də hamısı gedir Namiq Vəli oğlu Səfərovun cibinə. Bundan əlavə Yardımlı rayon icra hakimiyyəti aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şücaət Zabi oğlu İbişov da hər ərazidən 10 manatdan pul yığır. O, ərazi işcilərinə tək-tək zəng edir ki, “mükafatı almısınız, gətirin rəbərinizin pulunu verin”. Bunu da 10 manatdan hesabladıqda, 30 ərazi üzrə 300, ildə isə 900 (doqquz yüz) manat edir. Bu da Şücaət Zabi oğlu İbişov cibinə gedir.
Sonra növbə gəlir Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Miramil Mirsəmid oğlu Səmədliyə. Yardımlı rayonunda İşqlandırma və Kommunal təsərrüfat idarəsinin işcilərini saxta yolla işdən azad edir və sonda deyirlər ki, “Siz ixtisara düşürsünüz, işdən çıxmalısınız”. Gözünü kommunal təsərrüfatdan aldığı məvacibə dikən, ailəsinə güclə bir tikə çörək pulu aparan vətəndaşı çağırırlar icra hakimiyyətinə birbaşa Miramil Səmədlinin otağına. Orada onu “sıxma – boğmaya salırlar” ki, hökmən işdən çıxmalısan. Vətəndaş da işini itirməmək üçün məcbur Miramil Səmədlinin qoyduğu 1500 (min beş yüz) manat “tas”ı verir. Güya bundan sonra işi həll olunur və adam işində qalır.
Bu oyun hər ay başqa-başqa işçilərin başlarına gətirilir. Hər ay 6 işçi belə aldadılaraq ümumilikdə onlardan (1500×6) 9000 (doqquz min) manat da Miramil Səmədli alır.
Qeyd edək ki, Miramil Səmədli əvəllər Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyinin
Yardımlı rayon şöbəsinin müavini olub və bu qurumdan da ünvanlı sosial yardımların düzəldilməsində saxtakarlığa yol verdiyi, həmçinin rüşvət aldığı üçün sabiq Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tərəfindən işdən azad olundu.