Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycan-Türkiyə hərbi dənizçilərinin birgə praktiki məşğələləri keçirilib

02.05.2025 15:37 300 1 dəq oxunur
Azərbaycan-Türkiyə hərbi dənizçilərinin birgə praktiki məşğələləri keçirilib
Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərində Azərbaycan-Türkiyə hərbi dənizçilərinin birgə praktiki məşğələləri keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Məşğələlərə Azərbaycan HDQ Dəniz Təlim Mərkəzinin gəmi hazırlığı bölməsi və Türkiyə HDQ Təlim Mərkəzinin "Yıldızlar" təlim qrupu cəlb olunub.

Keçirilən məşğələlərin başlıca məqsədi hər iki qardaş ölkə arasında hərbi dənizçilik sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılması və bu sahədə şəxsi heyətin döyüş hazırlığının daha da təkmilləşdirilməsidir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az