Sizin reklam burada 728×90
Son dəqiqə

Ötən ilin qəbul göstəricilərinə görə Bakının yaxşı məktəblərinin siyahısı açıqlanıb

05.05.2025 10:44 283 1 dəq oxunur
Ötən ilin qəbul göstəricilərinə görə Bakının yaxşı məktəblərinin siyahısı açıqlanıb
Ötən ilin qəbul göstəricilərinə görə Bakının yaxşı məktəblərinin siyahısı açıqlanıb.

Bu barədə Dövlət İmtahan mərkəzinin respublika üzrə bütün məktəblərin məzunlarının 2024-cü ildə keçirilən buraxılış və qəbul imtahanlarındakı göstəricilərini əks etdirən statistik məlumatlarda qeyd edilib.

Bildirilib ki, respublika üzrə yaxşı məktəblərin sırasına bu il şəhərin İ.Əfəndiyev adına "Elitar" gimnaziya, 160 saylı klassik gimnaziya, Humanitar fənlər təmayüllü məktəb-lisey, Texniki humanitar lisey, 2 saylı texniki-humanitar lisey, 147 saylı texniki-humanitar təmayüllü lisey, İ.Hacıyev adına "Tərəqqi" liseyi, “Zəngi” liseyi, 291 saylı Ekologiya liseyi, 287 saylı "Zəkalar" liseyi, “Ankara Məktəbi” məktəb-liseyi, 62, 70 və 220 saylı məktəb-liseyləri, 145, 161 və 260 saylı tam orta məktəbləri daxil olub.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az