Sizin reklam burada 728×90
Son dəqiqə

Peskov saxlanılan azərbaycanlılardan danışdı

30.06.2025 16:51 192 1 dəq oxunur
Peskov saxlanılan azərbaycanlılardan danışdı
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Azərbaycanın Yekaterinburqda baş verən hadisələrlə bağlı Rusiya ilə əməkdaşlıq formatında planlaşdırılan tədbirləri ləğv etməsinə münasibət bildirib.

O, bu qərarlardan təəssüf hissi keçirdiklərini bildirib. Peskov hadisələrin səbəb və mahiyyətinə dair izahat işlərinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Peskov qeyd edib ki, hüquq-mühafizə orqanlarının işi demarşlar üçün səbəb olmamalıdır.

Qeyd edək ki, rəsmi Bakı Yekaterinburqda azərbaycanlılara qarşı hüquq-mühafizə orqanları tərəfindən aparılan tədbirlər zamanı iki vətəndaşının həlak olması, bir neçəsinin isə xəsarət alması ilə bağlı Rusiyaya rəsmi etirazını bildirib. Bu hadisələrin fonunda Mədəniyyət Nazirliyi Rusiyanın Azərbaycanda keçirməyi planlaşdırdığı bütün mədəni tədbirləri — konsertlər, festivallar, tamaşalar və sərgiləri ləğv etdiyini açıqlayıb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az