• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb

Cəmiyyət

9-09-2025, 13:59

Azərbaycan Respublikası Milli Arxiv İdarəsi “Dövlət Arxivinin filiallarında aparılacaq əsaslı və cari təmir işlərinin” satın alınması üzrə 14.07.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti seçilib və tərəflər arasında 779.849,51 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 04.09.2025-ci ildə dərc edilib.
Müsabiqənin şərtlərinə görə “VEST-LTD” QSC ilin sonunadək Dövlət Arxivinin Sumqayıt və Gəncə filiallarında cari təmir işləri aparacaq.
Məlumat üçün bildirmək istərdik ki, Milli Arxiv İdarəsi bir mənbədən satınalma metodu tətbiq etməklə 01.04.2025-ci ildə Sumqayıt filialının arxiv binası üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə 326,94 manat məbləğində icarə müqaviləsi bağlayıb. Bu müqavilənin başlanma tarixi 14.03.2025-ci il, bitmə tarixi 14.03.2028-ci ilə müəyyən edilib. Dövlət satınalmalarının portalına yerləşdirilmiş bu məlumatdan da görsəndiyi kimi Milli Arxiv İdarəsi Sumqayıt filialının arxiv binası üçün Əmlak Məsələləri Dövlət Xidməti ilə üç illik icarə müqaviləsi bağlayıb və buna cəmi 326,94 manat ödəyib. Amma təmirinə yüz minlərlə dövlət vəsaiti xərcləyir.
Bundan əlavə Milli Arxiv İdarəsi 23.02.2023-cü ildə ”Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın maliyyə təminatı ilə bağlı “Dövlət Arxivi Sumqayıt filialı üçün arxiv binasının tikintisi işləri”nin satın alınması üzrə “KONEKS CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 9.242.698,69 manat məbləğində satınalma müqaviləsi bağlamışdır. Bu müqavilənin başlanma tarixi 21.02.2023-cü il, bitmə tarixi 21.02.2026-cı ilə müəyyən edilmişdir.
Göründüyü kimi Milli Arxiv İdarəsi Sumqayıt filialı üçün arxiv binasının tikintisi işlərinə 2023-cü ilin fevralında doqquz milyon manatdan çox vəsait ayırmışdır və 2026-cı ilin sonuna qədər arxiv filialının yeni binasının tikintisi başa çatdırılmalı idi. Amma Milli Arxiv İdarəsi 01.04.2025-ci ildə Əmlak Məsələləri Dövlət Xidməti ilə Sumqayıt filialının arxiv binası üçün üç illik icarə müqaviləsi bağlayıb. Bəs Sumqayıt filialının tikintisinə 2023-cü ildə ayrılmış doqquz milyon manat necə olub?
Qeyd edək ki, Milli Arxiv İdarəsi 05.12.2024-cü ildə də “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə Bakı şəhəri Həsən Bəy Zərdab küçəsi, 593 ünvanında yerləşən Dövlət Arixvlərinin binasında aparılacaq əsaslı təmir işlərinin satın alınması üzrə 671.902,74 manat məbləğində satınalma müqaviləsi bağlamışdır.
Bundan əlavə Milli Arxiv İdarəsi 11.12.2023-cü ildə Dövlət Arxvlərinin inzibati binasında (Bakı şəhəri, Həsən Bəy Zərdabi küçəsi, 593 ünvanında yerləşən) aparılacaq cari təmir işlərinin satın alınması üzrə “FASTTECH” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 256.835,6 manat məbləğində satınalma müqaviləsi bağlamışdır.
Milli Arxiv İdarəsi 17.07.2021-ci ildə isə Bakı şəhəri, Ziya Bünyadov prospekti, 3 və Həsən bəy Zərdabi küçəsi, 593 ünvanında yerləşən arxiv binalarının “Cari təmir işlərinin satın alınması” üzrə “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə 164.982,67 manat məbləğində satınalma müqaviləsi bağlamışdır.
Göründüyü kimi Milli Arxiv İdarəsi son dörd ildə “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə bir neçə satınalma müqaviləsi bağlamışdır.
Rəsmi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Vest-LTD” QSC 14 aprel 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2050 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Cavad xan küçəsi, ev 51, mənzil 46-da yerləşir. QSC-nin qanuni təmsilçisi Verdəliyev Şahin Əlimərdan oğludur.

Amma qeyri rəsmi məlumatlara görə QSC məşhur iş adamı Ramazan Mirzəyevə məxsusdur. MMC-yə 2016-cı ilə qədər Ramazan Mirzəyevin qardaşı İbrahim Mirzəyev rəhbərlik edib. Mediada yer alan məlumatlara görə beş qardaş – Ramazan, Hüseyn, Əli, İbrahim və Qərib bir vaxtlar möhkəm ailə klanı təşkil edirdilər. Ailə biznesinin əsasını bir çox illər bundan əvvəl böyük və daha təcrübəli qardaş olan Ramazan qoyub. Lakin sonradan onların arasında pul üstündə münaqişə yaranıb. Amma buna baxmayaraq Ramazan Mirzəyevə məxsus, lakin heç birində rəsmi adı olmayan onlarla şirkətlər mövcuddur ki, bu gün Bakı Şəhər İcra Hakimiyyəti və ona tabeli Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC , Mənzil Kommunal Təsrrüfat İstehsalat Birlikləri bütün təmir tikinti işlərini o şirkətlərə həvale edir. Milli Arxiv İdarəsinin yüzminlərlə müqavilə bağladığı “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti və “KONEKS CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti də Ramazan Mirzəyevə məxsus olan şirkətlərə daxil olduğu iddia edilir.

Qeyd edək ki, Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulovdu. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli, 369 nömrəli Sərəncamı ilə Milli Arxiv İdarəsinin rəisi təyin edilmişdir. Daha əvvəl isə Milli Arxiv İdarəsi rəisinin müavini vəzifəsində işləmişdir.

Aktualinfo.org

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

7-02-2025, 09:59

Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ki nəfər işçisi olan şirkətlə 2,6 milyon manatlıq müqavilə bağlayıb -TƏFƏRRÜAT

Gündəm / Cəmiyyət

3-06-2025, 17:44

“EUROSERVİSE” MMC -nin uduğu tender icrası niyə araşdırılmayıb? - İLGİNC FAKTLAR

Gündəm / Cəmiyyət

21-05-2025, 15:45

Memarlıq və İnşaat Universitetində satınalmaların formal keçirldiyini Gülçöhrə Məmmədova inkar edə bilərmi -İLGİNC FAKTLAR

Cəmiyyət

22-02-2025, 14:29

"VEST-LTD" QSC-nin 12 milyon AZN-lik vergi borcu üzə çıxdı -Eldar Əzizovun sadiq kadrı ilə də 37 milyonluq müqavilə bağlayacaq

Cəmiyyət

23-08-2025, 11:28

Bir ayda Qusar icra hakimiyyətindən 2,5 milyonluq sifariş alan şirkət kimindir?

Cəmiyyət

16-01-2025, 12:57

Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?

Cəmiyyət

27-08-2025, 13:56

Qəbələnində öz “Tender kralı” var - 945 min manatlıq müsabiqənin qalibi oldu

Gündəm / Ölkə

21-12-2024, 14:31

Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır

Cəmiyyət

24-02-2025, 15:20

Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər

Cəmiyyət

22-02-2025, 10:24

 Dövlətə borcu olana dövlət ortaqlıq edir - daha bir ŞÜBHƏLİ TENDER

Cəmiyyət

8-01-2025, 15:18

SOCAR İnsan Resursları Portalında NONSENS!!! -"Bu nə absurd bir vakansiya tərtibatıdır?"

Gündəm / Cəmiyyət

5-07-2025, 08:44

İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

Araşdırma
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Hadisə
28-06-2026, 11:00
Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
27-06-2026, 18:00
Doqquzuncu sinif şagirdi vəfat etdi
24-06-2026, 16:25
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
23-06-2026, 19:00
Türkiyədə sursat anbarında partlayış olub, 2 nəfər ölüb, 2-si yaralanıb
23-06-2026, 18:00
Gürcüstanda azərbaycanlı tələbə partlayışda həlak oldu
23-06-2026, 16:31
Məktəb direktoruna kabinetində xəsarət yetirdi və cəza aldı
Xəbər lenti
  • Bu gün, 14:12
    Sabah 35 dərəcə isti olacaq
  • Bu gün, 14:06
    İcra başçısı niyə şəhid anasını dinləmək istəmir?
  • Bu gün, 12:16
    Azərbaycan Prezidenti Kanadanın General-Qubernatorunu təbrik edib
  • Bu gün, 12:02
    Tikinti şirkətləri çıxarışı olmayan evləri vətəndaşların razılığı olmadan sökə bilərlər? – AÇIQLAMA
  • Bu gün, 11:50
    İlham Əliyev Somali Prezidentini milli bayramları münasibəti ilə təbrik edib
  • Bu gün, 11:31
    QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Gülnarə Vəlixanlını nə birləşdirir? - …xeyli məbləğdə vəsait toplanıb
  • Bu gün, 11:08
    Ukrayna Penzaya zərbə endirib, zavodlardan birinin ərazisində yanğın baş verib
  • Bu gün, 11:01
    Xaçmaz təhsilində OYUNBAZLIQ... - İTTİHAM VAR...
  • Bu gün, 10:21
    Kəmaləddin Heydərovun vətəndaş qəbulunun vaxtı dəyişib
  • Bu gün, 10:15
    Xaçmaz səhiyyəsində VƏZİFƏ DAVASI - İLGİNC İDDİALAR
  • Bu gün, 09:55
    "Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək
  • Bu gün, 09:48
    Vüqar Novruzov çayxanaya getdi, sakinlər kostyumda gəldilər – VİDEO
  • Bu gün, 09:33
    Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşib
  • Bu gün, 09:22
    NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ...
  • Bu gün, 08:59
    Azərbaycan - İrlandiya diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümüdür
  • Dünən, 18:58
    Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib
  • Dünən, 18:46
    Pakistanda tədris mərkəzinin damı çöküb, azı 7 uşaq ölüb
  • Dünən, 18:35
    Çexiya da Zelenskini ali ordendən məhrum etmək istəyir
  • Dünən, 18:24
    Serialdan sonra sevgili oldular
  • Dünən, 18:11
    İlham Əliyev Venesuelada zəlzələdə insan tələfatına görə başsağlığı verib
  • Dünən, 18:00
    “Bravo“da kiflənmiş “Holland pendiri“ satılıb? - Müştərilərdən ard-arda şikayətlər
  • Dünən, 16:55
    Strateji obyektlərin təhlükəsizliyinin təmini sahəsində əməliyyat-axtarış fəaliyyətini DTX həyata keçirəcək
  • Dünən, 16:39
    Xəlil Göyüşovun şirkətinə 1 milyonluq sifariş - Xankəndidə söküntü həyata keçiriəcək
  • Dünən, 15:59
    Məcnun Məmmədov Lerikdə vətəndaşları qəbul edəcək
  • Dünən, 15:46
    Nazir onu idarə rəisi təyin etdi
  • Dünən, 14:23
    Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə strateji tərəfdaşlığı müzakirə edib
  • Dünən, 13:23
    İbrahim Nəbioğlunun yeni çıxmış “Oxumaq və unutmaq paradoksu” kitabı haqqında
  • Dünən, 13:03
    İyulun ilk gününə olan hava proqnozu açıqlanıb
  • Dünən, 12:53
    Qağaməli Seyfullayevin ABSURD KADR SİYASƏTİ... - ƏSLİNDƏ İSƏ...
  • Dünən, 12:40
    Ali Məhkəmə: Mülkiyyət hüququnun bərpası formal xarakter daşımamalıdır
  • Dünən, 12:26
    Dərəbəylik hüququ: Naxçıvanlı iş adamının zorla qəsb olunmuş mülkiyyəti niyə geri qaytarılmır?
  • Dünən, 11:46
    Milli Məclis Azərbaycanın "Metrik Konvensiya"ya qoşulmasını ratifikasiya edib
  • Dünən, 11:23
    FHN-in qərarları niyə icra olunmur? – Deputat ailəsinin Qubadakı qanunsuz obyektləri/VİDEO
  • Dünən, 11:06
    Tamştatlı müəllimlər sertifikasiyaya cəlb edilməyəcək
  • Dünən, 10:55
    Dövlət rüsumu 50, "Kristal"ın qiyməti 500 manat! – şirkət “kupça” satır?
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə