• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Rahatlığın məkanı Gold” sakinlərin rahatlığını pozub – poliklinikanın binası satıldı, yol bağlandı

Cəmiyyət

25-12-2025, 17:42

Nərimanov rayonunda dövlət əmlakının, konkret desək, 7 nömrəli Uşaq Poliklinikasının illərlə fəaliyyət göstərdiyi binanın taleyi ətrafında maraqlı sənədlər üzə çıxıb. Bu sənədlərdən aydın olur ki, dövlət tibb müəssisəsinin fəaliyyəti üçün nəzərdə tutulan ərazi sonradan tikinti şirkətinin nəzarətinə keçib, amma formal olaraq başqa bir qurumun balansına verilib. Hər şey 2016-cı ilin avqustunda Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) 264 nömrəli sərəncamı ilə başlayır. Həmin sərəncamla Təbriz, Ağa Nemətulla və Fətəli Xan Xoyski prospektlərinin kəsişdiyi 7,5 hektarlıq torpaq sahəsi “Rahatlığın Məkanı – Cold” MMC-yə ayrılır. Şirkət burada çoxmərtəbəli binalar inşa etmək üçün torpaq alır. Ərazidə 9 bloklu, 16 mərtəbəli bina tikilir. Lakin yeni kompleksin yalnız bir parkinq giriş-çıxışı var. Bu, ətrafdakı köhnə beşmərtəbəli binaların da giriş-çıxış imkanlarını məhdudlaşdırıb. Üstəlik, 16 mərtəbəli yaşayış binasının həyətinə girişdə şlaqbaum qoyulub. Nəticədə 7 nömrəli Uşaq Poliklinikasına gələn xəstələr, o cümlədən əlillər avtomobillə həyətə buraxılmır. Onları içəriyə ancaq qucaqda daşımaq mümkündür. Yanğın təhülükəsizliyindən danışmaq isə ümumiyyətlə yersizdir. Vaxtilə həmin sahədə 7 nömrəli Uşaq Poliklinikası fəaliyyət göstərirdi və vətəndaşlar heç bir maneə olmadan poliklinikaya gedə bilirdilər. Tikinti işləri başlayanda bina sökülüb və 2017-ci ildə RİH-in 157 nömrəli sərəncamı ilə müvəqqəti olaraq F.Yusifov küçəsi 75, 75A (köhnə 37) ünvanındakı binaya köçürülüb.

804 kvadrat metrlik “qeyri-yaşayış” sahəsi kimindir?
2019-cu ilin noyabrında Nərimanov RİH başçısının №308 saylı sərəncamına əsasən, uşaq poliklinikasının əvvəlki yerində “Rahatlığın Məkanı – Cold” MMC tərəfindən inşa olunmuş binada 804 kv.m ümumi, 746 kv.m istifadə sahəsi olan qeyri-yaşayış obyekti ayrılır. Sənəddə qeyd olunur ki, bu obyekt Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin (MKTB) balansına qəbul edilir. Formal olaraq dövlət qurumunun balansında olsa da, faktiki olaraq həmin sahə tikintini həyata keçirən MMC-nin rəhbəri Mahir Mətləb oğlu Eyvazovun nəzarətindədir. Tikilidəki mənzillərin çoxunun ƏDV-si və satış sənədləri Mahir Eyvazovun yaxınlarının adına rəsmiləşdirilib. 2020-ci ilin iyununda RİH aparat rəhbəri İlqar Mirzəyev “Rahatlığın Məkanı - Cold” MMC-nin direktoru Azər Eyvazova rəsmi məktub göndərərək xəbərdarlıq edir ki, obyekt MKTB-nin balansındadır və şirkətin bu ərazidən istifadəsi yalnız qanunvericiliyə uyğun şəkildə mümkündür. Başqa sözlə, icra hakimiyyəti dövlət əmlakından icazəsiz istifadəni “yolverilməz” sayır.
Dövlət əmlakı kimlərin əlindədir?
Sənədlər göstərir ki, Bakının mərkəzində yerləşən bir uşaq poliklinikasının binası – sosial əhəmiyyətli obyekt – kommersiya maraqlarının “qurbanına” çevrilib. Poliklinika köçürülüb, amma onun əvvəlki binası və torpaq sahəsi şəffaf olmayan prosedurlarla tikinti şirkətinin sərəncamına keçib. Rəsmi balansda dövlətin adına qalan obyekt faktiki olaraq özəl şirkətin əlindədir və ondan gəlir götürülür.
Şəhid ailəsinə qarşı ədalətsizlik
Daha bir diqqətçəkən fakt odur ki, bu obyektlə bağlı şəhid ailəsi üzvü Aysel Adil qızı Bəşirova ilə “Rahatlığın Məkanı – Cold” MMC arasında 2020-ci ilin oktyabrında 5 il müddətinə icarə müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, şəhid ailəsi 804 kvadrat metrlik ərazini aylıq 23 min manat icarə haqqı ilə götürüb və üç il ərzində həmin sahədə fəaliyyət göstərib. Lakin icarə müddəti başa çatmadan Aysel Bəşirovanı qanunsuz şəkildə ərazidən çıxarıblar, oradakı əmlakını isə dağıdıblar. Yəni, dövlətə məxsus binada təkcə qanunsuz özəlləşdirmə yox, həm də şəhid ailəsinə qarşı haqsızlıq baş verib. Ərazinin özəlləşdirilməsi zamanı hər kvadrat metr üçün 5 min manat ödəniş rəsmiləşdirilib. Amma bu gün həmin binada qeyri-yaşayış sahəsinin 1 kvadrat metri 40-50 min manata satılır. Rəsmi balansda MKTB-nin adına görünən, amma faktiki olaraq Mahir Eyvazovun nəzarətində olan bu əmlak, əslində, dövlətin və cəmiyyətin payı olan əmlakın gizli özəlləşdirilməsi nümunəsidir.

“Boş qalmış” dövlət əmlakı, yoxsa gizli biznes obyekti?
Rəsmi sənədlərdə bu obyekt “boş vəziyyətdədir” kimi qeyd olunsa da, faktlar göstərir ki, dövlətin adına qeyd olunan bina real olaraq kommersiya məqsədilə istifadə olunur. Bu isə həm dövlət əmlakının qorunması, həm də sosial ədalət baxımından ciddi suallar doğurur. Aysel Bəşirova ölkə rəhbərliyinə baş verən qanunsuzluqlarla əlaqəli müraciət hazırlayır. Bunun üçün Əmlak Məsələləri Dövlət Komitəsinə rəsmi müraciət edərək uşaq poliklinikasının özəlləşdirilməsinə əsas olmuş sənədlərin təqdim olunmasını tələb edib.



Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

4-11-2024, 10:36

Hüquq-mühafizə orqanları MMC-nin özbaşınalığına göz yumur, iki icra başçısı isə susur

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Gündəm / Cəmiyyət

26-08-2024, 11:54

MMC Bakı sakinlərini mühasirədə saxlayır - Fotolar

Gündəm / Cəmiyyət

18-12-2024, 11:45

«Gold Residence» sakinləri təhlükə ilə ÜZ-ÜZƏ QOYUB... - NARAZILIQ VAR...

Cəmiyyət

19-11-2024, 16:25

MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR

Siyasət

4-08-2022, 14:10

Prezident 7 fərman, 1 sərəncam imzaladı

Gündəm / Cəmiyyət

2-01-2025, 11:25

«Gold Residense» 500 nəfəri MÜHASİRƏDƏ SAXLAYIR... - NARAZILIQ VAR...

Gündəm / Cəmiyyət

13-06-2025, 12:08

“Olympus” MTK “rəhbəri” Rəfael Qarayev: “Mənim barəmdə deyilənlərin hamısı yalandır”

Gündəm / Cəmiyyət

17-07-2025, 12:28

Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…

Gündəm / Cəmiyyət

27-09-2024, 10:53

Bakının tikinti mafiozu: üzərində həbs olan Rauf Əliyevi bu qurumlar himayə edir...

Gündəm / Cəmiyyət

23-04-2025, 09:28

TİKİNTİ MAFİYASI bizləri NECƏ SOYUR... - ŞOK DETALLAR

Araşdırma
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Hadisə
Dünən, 11:00
Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
27-06-2026, 18:00
Doqquzuncu sinif şagirdi vəfat etdi
24-06-2026, 16:25
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
23-06-2026, 19:00
Türkiyədə sursat anbarında partlayış olub, 2 nəfər ölüb, 2-si yaralanıb
23-06-2026, 18:00
Gürcüstanda azərbaycanlı tələbə partlayışda həlak oldu
23-06-2026, 16:31
Məktəb direktoruna kabinetində xəsarət yetirdi və cəza aldı
Xəbər lenti
  • Dünən, 16:00
    SEPAH Pezeşkianın orduya 20 milyon barel neft ayrılması barədə xəbəri təsdiqləməyib
  • Dünən, 15:00
    İsrail Livanda "Hizbullah"ın döyüşçülərinin zərərsizləşdirildiyini açıqlayıb
  • Dünən, 14:30
    İran XİN İraqla münasibətlərin genişləndirilməsini prioritet sayır
  • Dünən, 14:00
    FHN silsilə maarifləndirmə tədbirlər keçirib
  • Dünən, 13:00
    Küveyt XİN İranın ölkə ərazisinə hücumlarını qətiyyətlə pisləyib
  • Dünən, 12:46
    Sabah Bakıda yağış yağacaq, bölgələrə dolu düşəcək
  • Dünən, 12:00
    SEPAH ABŞ-yə Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
  • Dünən, 11:00
    Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
  • Dünən, 10:30
    İranın hücumuna görə BMT-yə çağırış etdilər
  • 27-06-2026, 18:00
    Doqquzuncu sinif şagirdi vəfat etdi
  • 27-06-2026, 17:30
    İtaliyanın ən uzun çayı quruyur
  • 27-06-2026, 17:00
    Aviareysləri bərpa edirlər
  • 27-06-2026, 16:30
    Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
  • 27-06-2026, 16:06
    Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır
  • 27-06-2026, 15:48
    “Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” - "Qurumlar bunu mütləq araşdırmalıdır!"
  • 27-06-2026, 15:20
    UFC Şöhrət Zalının üzvü Maykl Bispinq Bakıdakı turnirin şərhçilərindən biri olacaq
  • 27-06-2026, 15:13
    “First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! - ALMANİYA ARZUSUNU SATANLAR
  • 27-06-2026, 14:57
    Rusiya ilə Ukrayna arasında növbəti girov mübadiləsi
  • 27-06-2026, 14:50
    Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
  • 27-06-2026, 12:10
    Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib
  • 27-06-2026, 12:06
    Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - ortada suallar çoxdur...
  • 27-06-2026, 11:50
    Azərbaycan ilə AQEM arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
  • 27-06-2026, 11:43
    Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! - VİDEO
  • 27-06-2026, 11:20
    Ukrayna Qara dənizdə Rusiya katerinin vurulduğunu açıqlayıb
  • 27-06-2026, 11:08
    Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... - Piyada keçidi zibilxanaya dönüb...
  • 27-06-2026, 10:23
    DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət edib
  • 27-06-2026, 10:17
    Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? - Fermerin bir illik zəhməti məhv olur
  • 27-06-2026, 09:49
    FHN küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
  • 26-06-2026, 18:08
    Zakir Həsənov yeni istifadəyə verilən idman zalında və Baş Klinik Hospitalda yaradılan şəraitlə tanış olub
  • 26-06-2026, 17:38
    Türkiyə səfirliyi Azərbaycan Ordusunu təbrik edib
  • 26-06-2026, 13:11
    Həftəsonu Bakı və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 26-06-2026, 12:44
    Dünya bizdən nəyi öyrənir: 5300 dollarlıq maşına 10 000 dollar rüsum almağı? — DGK sədrinə SƏRT ETİRAZ
  • 26-06-2026, 12:15
    Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 26-06-2026, 11:41
    Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ
  • 26-06-2026, 11:16
    Azərbaycan neftinin qiyməti 1 %-dən çox artıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə