Hesablama Palatası ilin əvvəlindən bəri 13 min 605 ton Aİ95 markalı benzin almaq üçün üç dəfə tender elan edib.
İboyu istifadəsində olan maşınları yanacaqla təmin etmək üçün qurumun bütün cəhdləri boşa çıxıb.
Belə ki, yanvar və fevral aylarında elan etdiyi tenderlə ləğv edilib. Dünən isə növbəti tenderinə icazə verilməyib. Rəsmi qaynaqlarda bildirilir ki, Hesablama Palatası 13.6 ton benzini almaq üçün 50 min 568 manat vəsait ayrısa da, ilgili qurumlar bunu məqabul saymayıblar. Nəticədə, AİİBNDX nəticələri ləğv edərək, qanunun pozulduğunu qeyd edib.(Xalq.online)