Bundan öncə dəfələrlə mediada Bakı yepiskop Aleksiy (Smirnov) Azərbaycan vətəndaşlığı aldıqdan sonra Azərbaycan vətəndaşlarını məhkəmələrlə hədələməsi və şərləmə prinsiplərinə üstünlük verməsi barədə yazılar dərc olunmuşdur. Bu, çox təəccüblüdür.
Onun əsas işlərindən biri insanların sosial vəziyyətinə, mənəvi dünyasına, həyat tərzinə və əxlaqına diqqət etməkdir. Lakin yepiskop Smirnov özü əxlaqdan uzaq olan əlaltıları ilə bunları etmək əvəzinə, əsassız iddialarla məhkəmələrə müraciət edir. Vətəndaş onun barəsində yuxarı orqana şikayət etdikdə isə dərhal onu məhkəməyə sürükləyir.
Bu faktlardan biri Azərbaycan vətəndaşı R.Aslanovun şikayət etmə hüququnu əlindən almaq istəyidir. Yepiskop Aleksiy unudub ki, Müsəlman ölkəsində Xristian dininin təmsilçisidir. Eyni zamanda bizim Dövlətimiz tolerant dövlətdir və dinlərə bərabər münasibət bəsləyir.
Aleksiy (Smirnov) gedib ədaləti bərpa etmək, mənəvi dəyərlərə diqqət etmək, əsl Din Xadimi kimi daha ədalətli olmaq əvəzinə qəsdi-qərəzlilik və təhziq yolları ilə nəyisə əldə etmək istəyir. Səmərəli işlər görmək əvəzinə, əsassız məhkəmə iddiaları verir və bu yolla mənə təhziq etməyə çalışır.
Mən hesab edirəm ki, Rus Pravoslav Kilsəsinin Yepiskopu Din Xadimi olaraq, eyni zamanda humanist bir vəzifə daşıyır həmçinin daha humanist və mərhəmətli olmalıdır. Onun idarəçiliyi, verdiyi iddia ərizəsindən və mənim şikayətimin tərcüməsindən görünür.
Xətai rayon Məhkəməsinə təqdim etdiyi tərcüməni belə qərəzli və düzgün etdirə bilməyən, tərcümənin başlığında belə “Zati-aliləri!” sözünü düzgün tərcümə etdirməyən, hətta Moskva Patriarxının Din Rəhbərinin adının düzgün yazılmaması Yepiskov Aleksiyin (Smirnov) hörmətsizlik rəmzini bildirir. Bu da tərcümənin digər hissələrinin də səhv və əsassız olmasını sübut edir.
Həmçinin öz növbəsində Yepiskop Aleksiy (Smirnov) arqumentlərinin əsassız olmasını göstərir. Düşünürəm ki, Yepiskop Aleksiy (Smirnov) Xətai rayon məhkəməsinə müraciət etməməli idi. Çünki, onun öz vəzifəsi elə ədaləti bərpa etmək, daha humanist olmaq və məsələni məhkəməyə vermədən həll etməkdir.
Xətai rayon Məhkəməsinə təqdim olunan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 23.12.2025-cı il tarixli 3-13-44-2/2-A-62013 saylı və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı Şəhəri Nəsimi rayon Polis İdarəsinin 21.02.2026-cı il tarixli, 3-13-51/2-14885 saylı məktubunda Nəsimi RPİ-nin istintaq şöbəsində Sveçnikov Dionisiy Pavioviç barədə Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 150.3.3-cü maddəsi ilə istintaq olunmuş N-saylı cinayət işinin olduğu göstərilmişdir.
Lakin buna baxmayaraq Yepiskop Aleksiy (Smirnov) Moskva Patriarxiasına yalan izahat yazmışdır. Beləliklə buradan açıq aşkar görsənir ki, Bakı və Azərbaycan Yepiskop Aleksiy (Smirnov) tabe olduğu, dünyada böyük nüfuza sahib olan Moskva Patriarxiasına düzgün məlumat verməmişdir və beləliklə Moskva Patriarxiasına bu işə gərəkli diqqət göstərməsinə şərait yaratmamışdır. Bu gün 14.05.2026-cı il tarixində Xətai rayon Məhkəməsində keçirilən prosesdə tərəfimizdən təqdim edilmiş dəlil və sübutlar Yepiskop Aleksiyin (Smirnov) və Dionisiy Sveçnikovun bizə qarşı qaldırdığı iddiaları darma dağın etmiş, iddianın əsassız olduğu öz təstiqini tapmışdır. Lakin proses bitdikdən sonra məhkəmə iclasına sədrlik edən hakim qərarı elan etməmiş və qərarın sabah 15.05.2026-cı ol tarixində elan ediləcəyini bildirmişdir.
Ramil Aslanov
Tarix: 14.05.2026
Xebermedia.info

