Sizin reklam burada 728×90
Son dəqiqə

Bakının yaxınlığındakı bu qəsəbəyə 3 gündən bir su verilir - “Azərsu” heç bir tədbir görmür

15.08.2022 12:06 713 1 dəq oxunur
Bakının yaxınlığındakı bu qəsəbəyə 3 gündən bir su verilir - “Azərsu” heç bir tədbir görmür
Abşeron rayonu Məmmədli qəsəbəsinin sakinləri illərdir su üzünə həsrət qalıblar.

bakunews.az milli.az-a istinadən manset.az-a müraciət edən sakinlərin dediyinə görə, "Azərsu" ASC qəsəbəyə üç gündən bir içməli su verir. Suyun verilişi isə bir neçə saat davam edir. Sakinlər sudan tam istifadə edə bilmirlər. İsti yay aylarında suyun belə gec verilməsi istehlakçılara problem yaradır.

Ərazidə yaşayan sakinlər problemlə bağlı dəfələrlə "Azərsu" ASC-nə müraciət etsələr də heç bir tədbir görülmür.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az