Sizin reklam burada 728×90
Son dəqiqə

Bakıda və rayonlarda külək güclənəcək

19.08.2026 17:02 409 1 dəq oxunur
Bakıda və rayonlarda külək güclənəcək
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə avqustun 20-21-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Cəbrayıl, Naftalan, Füzuli, Qazax, Gəncə, Ağstafa, Şəmkir, Samux, Tovuz, Daşkəsən, Gədəbəy, Mingəçevir, Cəlilabad, Biləsuvar, Goranboy, Göy-göl, Beyləqan, Şirvan, Salyan, Qobustan, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı, Qusarda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az