Sizin reklam burada 728×90
Son dəqiqə

BŞTİ: Məktəblərdə 504 413 şagird təhsil alacaq

14.09.2026 13:33 117 1 dəq oxunur
BŞTİ: Məktəblərdə 504 413 şagird təhsil alacaq
Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 504 413 şagirdin təhsil alacağı gözlənilir.

Bu barədə İdarədən bildirilib.

Vurğulanıb ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 39 999, IX sinfində 49 167, XI sinfində 39 479, XII sinfində 99 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

"Paytaxtdakı ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 17 863 beşyaşlının cəlb olunması nəzərdə tutulur. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəslərinə isə 35 043 uşaq cəlb olunub. Ümumi təhsil müəssisələrində 29 715 müəllim, məktəbəqədər təhsil müəssisəslərində isə 4 137 tərbiyəçi-müəllim çalışır".

Qeyd edək ki, idarənin tabeliyində 729 təhsil müəssisəsi, 9 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az