Sizin reklam burada 728×90
Son dəqiqə

Qırmızı Körpüdə nələr baş verir? - Qazax sakinləri acınacaqlı durumda - VİDEOREPORTAJ

19.08.2022 17:10 539 1 dəq oxunur
Qırmızı Körpüdə nələr baş verir? - Qazax sakinləri acınacaqlı durumda - VİDEOREPORTAJ
Ölkəmizdə quru sərhədlərin bağlı olması özü ilə bir sıra çətinliklər yaratmaqda davam edir. Xüsusən gömrük məntəqələrinə yaxın rayonlar və ya kəndlərin sakinləri daha çətin durumla üzləşib. Qızırmızı Körpü Buraxlış Məntəqəsi Azərbaycanla Gürcüstan respubblikasını birləşdiriən son nöqtədir. Qazağın birinci və ikinci şıxlı, eləcə də digər kəndlərinin sakinləri quru sərhədlərin bağlanmasından sonra qonşu Gürcüstana gedib gələ bilmir.

bakunews.az yeni müsavat-a istinadən bildirir ki, bu kəndlərin sakinlərinin bir çoxunun Gürcüstanda yaşayan soydaşlarımızla qohumluq əlaqələri var. Gediş-gəliş illərlə olub. Bir fakt da heç kəsə sirr deyil ki, qərb bölgəsində yaşayan sakinlərin əksəriyyəti öz dolanışıqlarını da elə Gürcüstanla qurub.

Hazırda Qırmızı Körpü Buraxlış məntəqəsindən ancaq yük maşınları keçir. Buradan növbə ilə yük daşınması həyata keçirilir.

Quru sərhədlərin bağlı qalması iqtisadiyyat, turizim və bir sıra sektorlara təsirsiz ötüşməyib. Rəsmi rəqəmlərə görə 2019-cu il də quru sərhədlərin bağlanmasına qədər ölkəmizə 3 milyondan artıq turist gəlib. Gələn tusirstlərin ilk beşliyində qonşu dövlətlərin vətəndaşları olub ki, əcnəbilərin də böyük əksəriyəyəti quru sərhəd məntəqələrindən ölkəmizə keçib. İndi isə istər Azərbaycana, istərsə də xarici ölkəyə gedənlər təyyarədən istifadə etmək məcburiyyətindədir. Bu da qiymət baxımndan baha başa gəlir.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az