Sizin reklam burada 728×90
Son dəqiqə

Bir neçə rayonda “Təmiz hava” aylığı ilə əlaqədar monitorinq keçirilib

20.08.2022 10:47 523 1 dəq oxunur
Bir neçə rayonda “Təmiz hava” aylığı ilə əlaqədar monitorinq keçirilib
Şəmkir, Samux, Daşkəsən Rayon Polis Şöbələrinin Dövlət Yol Polisi Bölmələrinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə profilaktiki tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bakunews.az-ya verilən məlumata görə, bu cür tədbirlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.
Polis əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Araşdırmalar zamanı bu və digər qayda pozuntusuna yol verən 70 nəfər sürücü inzibitai məsuliyyətə cəlb edilib.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az