Sizin reklam burada 728×90
Son dəqiqə

Sərnişinlərə şad xəbər: avtobusların gəlmə vaxtını telefonla öyrənə biləcəklər - VİDEO

23.08.2022 14:53 633 1 dəq oxunur
Sərnişinlərə şad xəbər: avtobusların gəlmə vaxtını telefonla öyrənə biləcəklər - VİDEO
Bir müddət öncə "Google Maps" qlobal naviqasiya resursunda paytaxtda fəaliyyət göstərən marşrut xətlərinin istiqaməti haqqında xəritədə məlumatların göstərilmədiyi haqda məlumat verilmişdi. Artıq problem öz həllini tapıb. "Google Maps" artıq azərbaycanla bağlı bu tip məlumatları yeniləyib.

bakunews.az xezerxeber.az-a istinadən bildirir ki, Bakı şəhərində müntəzəm marşrut xətləri barədə məlumatları yenidən "Google Maps" platformasından əldə etmək mümkün olacaq. Bir müddət əvvəl dayandırılan xidmət yenidən aktivləşdirilib.

Paytaxtn sakinləri də marşrut xətlərinin istiqaməti haqqında xəritədə məlumatların göstərilməsinin vacib olduğunu deyirlər.

Qeyd edək ki, xəritə üzrə məlumatlar marşrut xətlərində ediləcək dəyişikliklərə uyğun olaraq mütəmadi olaraq yenilənəcək.



bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az