Sizin reklam burada 728×90
Son dəqiqə

ABB-nin kartları ilə, Google Pay-ləödəniş et, 15 manat keşbek qazan!

23.08.2022 17:43 755 1 dəq oxunur
ABB-nin kartları ilə, Google Pay-ləödəniş et, 15 manat keşbek qazan!
Ölkəmizdə yenicə təqdim olunmuş Google Pay ödəniş sisteminin faydalarını göstərmək üçün ABB yeni kampaniyaya start verib. ABB-nin ödəniş kartları ilə, Google Pay sistemini dəstəkləyən mobil cihazlarla hər biri minimum 10 manatlıq, ən azı 5 ödəniş etmiş müştərilər 15 manat keşbek qazanacaqlar.

Kampaniya 15 oktyabr 2022-ci il tarixinə qədər keçərlidir. ABB-nin bütün Visa və Mastercard kartları ilə aparılmış ödənişlərə şamil olunur. Bu şərtlərə uyğun gələn ilk 10 min müştəri qalib sayılacaq. Kampaniya yalnız elektron kommersiya kanallarında, eləcə də ticarət və xidmət məkanlarındakı POS terminallarda aparılmış ödənişlərə aiddir. Hər müştəri kampaniya ərzində 15 manatlıq keşbeki yalnız bir dəfə qazana bilər.

Google Pay rahat və təhlükəsiz ödəniş həllidir. İstifadəçilərə Android sistemini dəstəkləyən bütün cihazlarla tam təmassız ödəniş aparmaq imkanı yaradır. Müştəri sadəcə mobil telefonunuödəniş terminalına yaxınlaşdırıb anında ödənişlərini apara bilir. Google-un innovativ texnologiyaları bütün əməliyyatların təhlükəsizliyinə ən yüksək səviyyədə təminat verir.

Kampaniya barədə daha ətraflı məlumatları ABB-nin internet səhifəsindən öyrənə bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.\\milli.az\

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az