• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Şəhid Bağırov Süleyman Loğman oğlunun qısa həyat yolu

Cəmiyyət

1-09-2022, 19:40

Şəhid Leytenant Bağırov Süleyman Loğman oğlu 1992-ci il fevralın 1-də (bəzi mənbələrdə yanvarın 25-i göstərilsə də sənədlərdə fevral ayının 1-i yazılıb) Sabirabad rayonunun Sərxanbəyli kəndində dünyaya göz açıb. Doğulduğu ildən valideyinləri ilə birlikdə Şirvan şəhərinə köçüb, Bağırovlar ailəsinin 3 oğul övladından ilki olan Süleyman, 1999-cu ildə Şirvan şəhərindəki şəhi̇d Məftun Osmanov adına 20 nömrəli məktəbin 1-ci sinifinə daxil olub. S.Bağırov eyni zamanda şahmat məktəbində təhsil alıb. O Azərbaycan dili və ədəbiyyatı, eləcə də tarix fənlərinə xüsusi maraq göstərib.

Dəfələrlə regional fənn olimpiadasında inşa yazı müsabiqələrinin qalibi olub. Süleyman şahmat sahəsində də çox böyük uğurlu nəticələri ilə seçilib. Beləki, 2005-ci ildə 14 yaş oğlanlar arasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş 3-cü respublika şahmat turnirində 1-ci yeri tutub. Davamında, 2005-ci ildə 12 noyabr Konstitusiya gününə həsr olunmuş şahmat yarışlarında və Xocalı faciəsinə həsr olunmuş şahmat turnirində 1-ci yerə layiq görülüb. 2010-cu ildə 20 nömrəli məktəbi bitirdikdən sonra Süleyman Bağırov elə həmin il Bakı Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinə daxil olub. O tələbəlik illərində universitetin Tələbə Gənclər Təşkilatının üzvü olmaqla yanaşı həm də ictimai əsaslarla bir neçə televiziya kanalları ilə əməkdaşlıq edib.2015-ci ildə universiteti bitirdikdən sonra Ağdam rayonunun N saylı hərbi hissəsində həqiqi xidmətə başlayıb. Burada da Azərbaycan Silahlı Qüvvələri arasında baş tutan şahmat turnirində 1-ci yerə layiq görülüb.

Süleyman Bağırov xidməti dövründə hərbi təhsilə cəlb edilib, o Cəmşid Naxçıvanski adına Hərbi Liseydə oxuyaraq leytenant rütbəsini qazanıb.
Süleyman ilk dəfə hərbi xidməti dövründə motoatıcı olaraq müxtəlif hərbi təlimlərdə iştirak edib. Sərrast atıcı hədəflərin düzgün nişan alınmasında və əməliyyatların yerinə yetirilməsində əsl hərbçi fəallığı göstərib.2016-cı ildə Azərbaycan tarixinə 4 günlük müharibə kimi daxil olan Aprel döyüşlərində rəşadətlə vuruşan Azərbaycan Silahlı Qüvvələri arasında məhz Süleyman Loğman oğlu Bağırov da var idi. O mövqelərimizin düşmən qüvvələrindən azad edilməsində böyük mərdliklə vuruşub. Motoatıcı S. Bağırov peşəkar döyüşçü ruhunda hərbi əməliyyatları həyata keçirməklə erməni silahlılarının xeyli hərbi texnikasını və canlı qüvvəsini məhv edib. Qeyd edək ki, general-mayor Polad Həşimov Süleyman Bağırovun komandiri idi.S. Bağırov ordu sıralarında təxris edildikdən sonra Şirvan şəhərindəki Oba marketlər şəbəkəsində administrator vəzifəsində çalışıb. Eyni zamanda aktiv gənc olduğu üçün Şirvan Gənclər Evində könüllü şəkildə aktiv fəaliyyət göstərib.

Şirvan Gənclər Evinin rəhbəri Əfqan Həsənov müsahibəsində Süleyman haqqında deyir: “Süleyman olduqca çox aktiv gənc idi, Gənclər Evinin bir çox tədbirlərində fəal iştirak etmişdir. Əsasən də intellektual yarışlarda və şahmat turnirlərində yüksək nəticələri ilə seçilirdi. Hətta, şeirlər də yazardı Süleyman. Bir sözlə hər tərəfli gənc idi və o bizim yaxın dostumuz idi…”Aprel döyüşlərin ən ağır sınaqlarından çıxmış Süleyman hər an vətənin çağırışına hazır idi.

2020-ci ilin 27 sentyabrında Ermənistan hərbi qüvvələrinin atəşkəsi pozaraq hücum təxribatı həyata keçirməsinə cavab olaraq əks-hücum əməliyyatlarının başlanmasının ilk dönəmləri zamanı, daha dəqiq desək 29 sentyabr tarixində Süleyman Bağırov könüllü şəkildə cəbhəyə yola düşüb. Mürəkkəb relyefə malik olan Qarabağda aparılan hərbi əməliyyatlarda uğurla iştirak edən Süleyman Cəbrayılın düşmən tapdağından azad olunmasında rəşadətlə vuruşub. O Füzuli istiqamətində döyüş mövqeyini dəyişərkən qəhrəmancasına şəhid olmuşdur! 8 oktyabr şəhi̇dlik zirvəsini fəth etməsi xəbəri gələn Süleyman Bağırov 2020-ci il noyabrın 13-də yaşadığı Şirvan şəhərinə gətirilərək böyük izdihamla Şirvan şəhər şəhidlər xiyabanında torpağa tapşırılıb.

Vətənin bütövlüyü uğurunda sinəsini sipər etmiş şəhi̇d leytenant Süleyman Bağırov 2019-cu ilin 15 dekabr tarixində ailə qurmuşdu. 1992-ci ildən Şirvan şəhərində müxtəlif ünvanlarda bu günə qədər kirayə mənzillərdə yaşayan valideyinlərinə və həyat yoldaşı Mehribana: “Mütləq sizə dönəcəyəm” – demişdi.

Vətənin erməni işğalından azad edilməsi uğrunda qanı ilə qəhramanlıq dastanı yazan 28 yaşlı şəhi̇d leytenant Süleyman Bağırovun yoxluğunu heç nə əvəz etmir. Anası Nailə xanım və atası Loğman bəy Süleymanın yoxluğu ilə barışa bilməsələr də onlar çox böyük fəxarət hissi keçirirlər. Çünki, vətənpərvər ruhda böyütdükləri Süleymanın Qarabağın azad olunması arzusunu elə Süleyman özü şəhid silahdaşları ilə reallaşdırdı, Qarabağ azad oldu, Azərbaycana qovuşdu!

Süleymanın valideynlərinin daha bir təsəllisi də var – Süleymanın şəhidlik zirvəsinə yüksələrkən Allaha, dövlətə, vətənə əmanəti olan 2021-ci ilin yanvar ayının sonu, fevralın ilk günlərində dünyaya gələcək körpəsinin yadigar nəfəsi, Süleymandan yadigar bir körpə səsi!
Süleyman Bağırov ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci il 15 dekabr tarixində “Vətən uğrunda” medalı ilə təltif edilib.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik və şəhidlərimizin əziz xatirəsini böyük hörmət və ehtiramla yad edirik!


bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İdman

7-08-2022, 13:03

Mahir Məmmədov FİDE-nin vitse-prezidenti seçildi

Hadisə / Bölgə

22-08-2022, 13:35

İntihar edən tanınmış stomatoloqun FOTOsu

Cəmiyyət

14-07-2022, 22:14

Milli Qəhrəman Polad Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

Siyasət

9-08-2022, 13:14

BMT BA-nın keçmiş prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub

Siyasət

9-08-2022, 12:56

BMT Baş Assambleyasının keçmiş prezidenti Bakıya gəlib

İdman

24-08-2022, 18:41

“Shusha Chess 2022” turnirinin loqotipi təqdim olundu

İdman

7-08-2022, 17:53

Mahir Məmmədov: "Vitse-prezident seçilməyim Azərbaycan şahmatının təntənəsidir"

İdman

8-08-2022, 20:20

Şahmat Olimpiadası: Qadınlardan ibarət Azərbaycan yığması Ermənistanı darmadağın edib

İdman

7-08-2022, 18:19

Şahmat Olimpiadası: Qadınlardan ibarət Azərbaycan yığması qələbə qazanıb

İdman

7-08-2022, 19:50

Şahmat Olimpiadası: Azərbaycanın kişi yığması Hindistanla heç-heçə edib

İdman

5-08-2022, 22:00

Şahmat Olimpiadası: Kişilərdən ibarət Azərbaycan millisi İsrailə qalib gəlib

İdman

16-08-2022, 17:33

Gənc soydaşımız nüfuzlu şahmat turnirinin birincisi olub

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 17:20
Ceyranbatanda 10 şagird zəhərlənib
Dünən, 11:24
Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
28-10-2026, 14:50
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
28-10-2026, 10:35
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
24-10-2026, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
22-10-2026, 17:42
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
Xəbər lenti
  • Dünən, 19:00
    İranın sabiq Ali Rəhbərinin oğlu Meysəm Xameneinin sağ olduğu açıqlanıb
  • Dünən, 18:40
    Berlində fəallar daha bir ali məktəbin girişini bağlayıblar
  • Dünən, 18:22
    İsraildə səslərin 97,3%-i sayılıb: heç bir blok çoxluq əldə etməyib
  • Dünən, 18:14
    Gəldilər... Baxdılar... Getdilər: 300-500 MANAT ÖDƏMƏLİSƏN! - GİLEY
  • Dünən, 17:56
    İlham Əliyev İspaniya Kralına başsağlığı verib
  • Dünən, 17:45
    Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
  • Dünən, 17:20
    Ceyranbatanda 10 şagird zəhərlənib
  • Dünən, 16:55
    Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
  • Dünən, 16:47
    "VİP Motors" MMC-də qalmaqal: Zeynal Usubov şirkətinin direktorunu məhkəməyə verdi
  • Dünən, 16:29
    Zakir Həsənov Slovakiyanın Baş Qərargah rəisini qəbul edib
  • Dünən, 16:16
    Əli Əsədov Gürcüstanda işgüzar səfərdədir
  • Dünən, 15:42
    KİV: İrəvan–Mineralnıye Vodı reysi havada olarkən qəza siqnalı verib
  • Dünən, 15:30
    ADNSU-dan çıxdı, AzTU-ya şöbə müdiri keçdi - BUNDAN SONRA...
  • Dünən, 15:12
    Azərbaycandan Ukraynaya 1,5 milyon dollarlıq elektrik avadanlıqlarından ibarət humanitar yardım çatdırılıb
  • Dünən, 15:00
    Neftçala yenə suyun içində – 5 milyona qurulan kanalizasiya sistemi niyə işləmir? – VİDEO
  • Dünən, 14:42
    Azərbaycan və Türkiyə XİN başçılarının təkbətək görüşü keçirilib
  • Dünən, 13:19
    Sabah Bakıda hava yağmursuz olacaq
  • Dünən, 13:10
    Şərur təhsilində ŞOK OLAY: Direktor yığdığı rüşvəti yuxarılarla BÖLÜŞMƏDİ... - BU NƏDİ BELƏ?
  • Dünən, 12:39
    XİN rəhbəri: Azərbaycan TDT-nin daha səmərəli fəaliyyət göstərməsi istiqamətində səylərini davam etdirəcək
  • Dünən, 12:31
    Məhkəmə Ramil Məmmədli və rəhbərlik etdiyi “Grand-Mart”ı CƏZALANDIRDI - TƏFƏRRÜAT
  • Dünən, 12:14
    Kamran Əliyev Rusiyanın baş prokurorunu yubiley medalı ilə təltif edib
  • Dünən, 11:55
    600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! - Dubaydan Bakıya uzanan müəmmalı hadisə
  • Dünən, 11:24
    Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
  • Dünən, 11:06
    Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI... - BU NƏDİ BELƏ?
  • Dünən, 10:42
    Azərbaycanda yeni ombudsman seçiləcək
  • Dünən, 10:34
    ""Bolmart"dan kimsə soruşmalıdır ki..." - "...niyə köhəlmiş çörəyi satırsan?"
  • Dünən, 10:01
    Azərbaycan neftinin qiyməti 125 dolları keçib
  • Dünən, 09:48
    Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir? - Keçmiş təlim-tərbiyə işləri üzrə direktor müavini...
  • Dünən, 09:35
    Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib
  • Dünən, 09:27
    “Nə maaşımı verdilər, nə də təzminatımı...” - şirkətdənsə deyirlər ki...
  • Dünən, 09:00
    Bu gün Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
  • 28-10-2026, 19:00
    Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
  • 28-10-2026, 18:30
    Azərbaycanda nağdsız ödənişlər 1 % artıb
  • 28-10-2026, 18:18
    Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib
  • 28-10-2026, 18:13
    “Azəriqaz” sahibkarın mülkiyyətini qanunsuz olaraq girov saxlayır - NARAZILIQ VAR...
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə