Türkiyədə baş verən dəhşətli zəlzələdə zərərçəkənlərə hər kəs yardım əlini uzatmağa çalışır. Qazimiz Abbasəli Tarverdiyevin 4 yaşlı qızı Sevil Tarverdiyeva öz geyim və oyuncaqlarını zəlzələdən əziyyət çəkən uşaqlara bağışlayıb.
Bu barədə qazimiz sosial şəbəkə hesabında paylaşım edib:
“Qızım mən deməmişdən qabaq oyuncaqlarını yığıb ki, Türkiyədə zəlzələ nəticəsində evsiz-eşiksiz qalan balaca dostlarına göndərsin. Bu, dünyada ən gözəl şey qarşılıq gözləmədən edilən mərhəmətdir”, - deyə paylaşımda qeyd olunub.
F.Şərifov
Ulutv.İnfo