Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycanda səkkiz yaşlı uşaq həkim səhvinin qurbanı oldu -

04.08.2023 11:53 573 1 dəq oxunur
Azərbaycanda səkkiz yaşlı uşaq həkim səhvinin qurbanı oldu -
Azərbaycanda səkkiz yaşlı uşaq həkim səhvinin qurbanı olub.

Xezerxeber.az xəbər verir ki, sünnət olunan uşağın həkim səhvinin qurbanı olduğu iddia edilib.

Valideynlərinin sözlərinə görə, bir il öncə cərrah Fuad Nəzərov tərəfindən uşaq sünnət edilib.

Əməliyyat edilən gündən azyaşlının vəziyyəti pisləşib.

Məsələdə adı hallanan Fuad Nəzərov danışmaq istəmədiyini bildirib.
Məsələ ilə bağlı TƏBİB-dən isə bildirilib ki, qurumun nəzdində müvafiq tibbi komissiyalar yaradılıb:

“Tibbi və məhkəmə ekspertizaları nəticəsində həkim səhvi, tibbi səhv sübuta yetirilərsə müvafiq qanunvericiliyə uyğun olaraq məsuliyyət təyin olunur”.

Ailə həkim səhvinə görə Fuad Nəzərov barəsində hüquq-mühafizə orqanlarına da şikayət edib.

Daha ətraflı süjetdə:

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az