Sizin reklam burada 728×90
Son dəqiqə

Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində yerləşən ət kəsimi və satışı məntəqələrində monitorinq keçirilib

05.08.2023 14:53 398 1 dəq oxunur
Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində yerləşən ət kəsimi və satışı məntəqələrində monitorinq  keçirilib
Sanitar vəziyyətin qiymətləndirilməsi, mövcud norma və qaydalara əməl olunmasına nəzarət məqsədilə Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində yerləşən ət kəsimi və satışı məntəqələrində monitorinq keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı 5 məntəqədə sanitar-gigiyenik normaların pozulması halları aşkar edilib.
Qayda pozuntusuna yol verən şəxslərlə profilaktik söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 220.2-ci (Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə) maddəsi ilə protokol tərtib olunaraq Qida Təhlükəsizliyi Agentliyinə göndərilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az