• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Lənkəranda qanunsuz “kupça” əməliyyatı: məhkəmə və dövlətə hökm edən kimlərdir?

Cəmiyyət / Bölgə

8-08-2023, 14:57

Lənkəran şəhəri Füzuli küçəsi 7 ünvanında (Lənkəran Nəqliyyat Müəsisəsi “MTS” ərazisi) tikilən 8 mərtəbəli yaşayış binası sözün həqiqi mənasında dövlətə və qanunlara meydan oxuyan qalaya çevrilib.

Dövlət qurumları da “Yox” deyib

Maraqlıldır ki, vətəndaşların müraciətinə əlaqədar dövlət təşkilatlarının cavabında da tikintinin qanunsuz olduğu etiraf olunur.
Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı öyrəndik ki, Lənkəran Şəhər İcra Hakimiyyəıi başçısının aparatı adından Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Elgün Abdullayev isə bildirib ki, şəhərin Füzuli küçəsi 7 ünvanında Hadızadə Hünər Fəttah oğlunun mülkiyyətində olan 0.06751 ha torpaq sahəsində 3 mərtəbəli, mansardlı fərdi yaşayış evinin tikintisindən ötrü tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi şəhər Icra hakimiyyəti ilə razılaşdırılmışdır: “Lakin H.Hadızadə tərəfindən mansardın yerinə əlavə mərtəbədə tikinti-quraşdırma işləri aparıldığından şəhər lcra hakimiyyətinin müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi tərəfindən 2021-ci ilin 20 avqust tarixində 0521 nömrəli Qərarla tikinti işləri dayandırılmışdır. Buna baxmayaraq tikinti işləri yenidən davam etdirildiyi aşkar olunmuş və Agentlik tərəfindan vətəndaşa 2021-ci ilin 23 sentyabr tarixində inzibati qaydada protokol tərtib edilmişdir”. Vəssalam. İcra Hakimiyyəti bununla işini bitmiş hesab edib. Fövqəladə Hallar NazirliyiDövlət Yanğın Nəzarəti Xidməti Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi bildirib ki, “”ərazidə heç bir tikinti quraşdırma işlərininin aparılmadığı aşkar olundu”.


Müəmmalı çıxarış sənədi

Hazırki durum isə bundan ibarətdir ki, işbazlar hansısa yolla binaya çıxarış alıb, amma tikiliyə eksprtiza rəyi verilməyib və Şəhərsalma idarəsi binanın tikilməsinə icazə verməyib. Elə maraqlıdı odur ki, ayrı ayrı qurumlar bir birlərini ziddinə, zidd qərarlar verirlər. Bunlar külli pul verib reisterden məsələni həll etsə də bele, amma şəhərsalma razılaşmır bunlarla, səbəb binada olan qanuna ziddiyyətləri. Mikayıl Cabbarovun rəhbərlik etdiyi nazirliyin tabeçiliyində olan Əmlak məsələləri Dövlət Xidmətinin verdiyi çıxarış ciddi şübhələr yaradır və bunu növbəti yazımızda araşdıracayıq. Bunun cavabını kim verecek?

Şirvan inzibati-məhkəməsinə hüquq dərsi

Məsələ ilə bağlı cumhuriyyet.az olaraq çıxarışın verilməsinə qanunsuz əsas yaradan Şirvan inzibati-məhkəməsinin hakiminin diqqətinə çatdıraq ki, Azərbaycan Respublikasında hər hansısa daşınmaz əmlak (yaşayış sahəsi və ya qeyri yaşayış sahəsi) üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar qanunlarımızda tam olaraq müəyyən edilmişdir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsini və xüsusilə bu sahədə daha da xüsusiləşmiş qanun olan Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununu qeyd etmək lazımdır. Bildirim ki, Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar açıq şəkildə qeyd olunub:

“8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı”

Buradan da göründüyü kimi bütün əsaslar qanunvericiliyimizdə heç bir açıq buraxılmadan tam şəkildə qeyd olunub. Azərbaycan Respublikasının Məhkəmələri də bu məsələlərə, yəni hər hansı bir daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatı məsələlərinə baxarkən bu qanunu rəhbər tutmalıdırlar. Lakin sözügedən çıxarış Şirvan İnzibati Məhkəməsinin qərarı əsasında verilmişdir. Lakin həmin daşınmaz əmlakın üzərində hüquqların qeydiyyatı və çıxarış verilməsi üçün Qanunvericiliyimizdə sadalanan əsaslardan heç biri mövcud deyil. Buradan da belə bir sual yaranır ki, bəs Məhkəmə hansı Qanunda, hansı normativ aktda olan əsası rəhbər tutaraq bu qərarı qəbul etmişdir.

Buradakı qanunsuzluqlar tək bunlarla da bitmir. Sözügedən çıxarışda torpaq sahəsinin kateqoriyası kimi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar qeyd edilib. Lakin həmin sahədə çoxmənzilli bina tikilib. Hər bir dövlət orqanı da çox gözəl anlayır ki, çıxmənzilli bina sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqların üzərində deyil, yaşayış sahəsi təyinatlı torpaqların üzərində inşa edilməlidir. Qeyd etdiyimiz kimi dövlət orqanlarına edilən müraciətlərə gələn cavablar da bunu göstərir ki, həmin binanın tikintisi qanunsuz olmuşdur. Həmin sahədə çoxmənzilli binanın tikintisinə heç bir dövlət orqanı icazə verməyib. Bəs həmin sahədə qanunsuz olaraq inşa edilən bu binaya hansı səbəbdən heç bir dövlət orqanı müdaxilə etməyib? Bu bina inşa etdirildikdən sonra da çoxsaylı şikayətlərə baxmayaraq heç bir orqan əməli bir hərəkət etməmiş və bütün bu qanunsuzluqlara göz yummuşdur.

Hal-hazırda da qanunsuz olan Məhkəmə qərarı ilə alınmış çıxarışla tikilmiş bina həmin ərazidədir və hələ də heç bir dövlət orqanı bu məsələyə müdaxilə etmir. Dövlət orqanları və Məhkəmələrin bu cür qanunsuz hərəkətləri davam etdikcə Respublika ərazisində bu hallar durmadan artacaq. Bu isə vətəndaşlarımızda Dövlətə qarşı olan güvən və inamın məhvinə gətirib çıxarır. Bu səbəbdən bu qanunsuzluqların tez bir şəkildə aradan qaldırılması çox önəmlidir.

“Bir sahibkar dövlətdən və qanundan güclüdür”

Yuxarıda qeyd etdiyimiz kimi əgər Lənkəran icra hakimiyyəti bildirirsə, tikilən tikili qeyri qanunidirsə bəs necə olur ki, Şirvan inzibati-məhkəməsi bu qeyri qanuni tikiliyə cixariş verir. Hansı qərarə əsasən? Yaxınıqdakı evlər qəzalı və yaşanmaz haldadır hal hazırda. Lənkəran icra hakimiyyəti özü məktubda bunu qeyd etmişdir və hətta qurum tərəfindən evlərimizə baxış keçirilmiş, evlərimizin tikilən tikili tərəfdən qəzalı vəziyyətə düşməsi qeyd edilmişdir. Sabah bu tikili və uçanda və ölum və ya hər hansı bir uçqun baş verərsə, kim bunun cavabını verəcəkdir? Qərarı qəbul edib ve təstiq edən “hakim” verecek cavabı? Vətəndaşlar cumhuriyyet.az-a yazır: “2-həyət yani sahə olsada evimiz, bildirim ki, 4-ailə yaşayır bu həyət yanı sahədə, 20-yə yaxın sakin var?* *Sabah bu insanların ölümünü kimin adına yazılacaq? Həqiqətən bir fərdi sahibkarin əlində dövlət qurumları və ali orqan olan məhkəmə bu qədər-mi acizdir? FHN-yi bizə bildir ki, məhkəməyə vermişik söküləcək, və ya digər qurumlar tərəfindən bildirildi ki, istintaq işi açılıb, amma, heç bir faydası olmadı, Prokurorluqda yəqin ki istintaq işinə xitam verilib və FHN-da məhkəməyə vermədi. Belə çıxır ki, Azərbaycan Respublikasının qanunları bu adamlar üçün işləmir. Bizim bir səsimizi duyacaq biri yoxdur. Bir qurum yoxdur ki, sabah biz bu tikilin üstümüzə aşmasinin qabağını alsın. Bu qədər öz başınaliq olar? Bir fərdi sahibkar, bu ölkədə nələrinsə hesabına bu qədər dövlət qurumlarin susdurub, qeyri qanuni işini davam etdirirsə, hər şey göz qabağındadır.”

Qalmaqalın arxasında kim durur?

Yeri gəlmişkən, cumhuriyyet.az olaraq icra hakimiyyətinin cavabında tikintinin sahibi kimi adı çəkilən H.Hadızadə ilə bağlı da araşdırma apardıq.

Oğlu qanunlara tüpürür... başçı da görməzlikdən gəlir...

Məlum oldu ki, tikinti prosesinə Hünər Hadıcadə və Hikmət Əsədov rəhbərlik edib. Amma Taleh Qaraşov kimi beş rayonda icra başçısı olmuş şəxsi, FHN kimi qazdan ayıq bir qurumu razı salmaq bu iki şəxsın işinə bənzəmir.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Kriminal

1-08-2023, 19:02

Tərtərin baş memarı rüşvət alarkən yaxalanıb - RƏSMİ

Sosial

24-07-2023, 15:25

Gəncədə Mahrasa bağında qanunsuz tikili: iş adamı icra başçısını saymır?

Cəmiyyət / Araşdırma / Bölgə / Ölkə

14-06-2023, 01:23

Masazırda qanunsuz tikintilər durmadan artır: hələ 7 sotda 6 ev yerləşdirən... - FOTOARAŞDIRMA

Cəmiyyət / Olay

12-07-2023, 09:38

Masazır qəsəbəsinin Qaçaq Nəbi küçəsində qanunsuz bina - FOTO

Gündəm / Bölgə

19-06-2023, 03:14

“Tender şahı” icra başçısı, yoxsa müavin gətirilir? - AĞDAMda kadr dəyişikliyi gözlənilir

Kriminal

16-06-2023, 12:59

Lənkəranda avtomobildə 5 kq narkotik aşkarlandı

Hadisə / Bölgə

9-08-2022, 19:18

Yevlaxda çoxmənzilli yaşayış binası yanır

Gündəm

7-07-2023, 15:56

Sevindik Hətəmovun Salyandakı tender kralı və - VİDEO

Hadisə

23-08-2022, 15:44

Lənkəran icra başçısının sabiq müavininin cinayət işi məhkəməyə göndərilib

Cəmiyyət

18-07-2022, 18:33

Lənkəranın icra başçısının müavini məktəblinin döyülməsinə görə işdən çıxarılıb

Bölgə / Olay

25-07-2023, 19:11

İcra başçısının müavini əhalinin otlağında qanunsuz nar bağı salıb... - VİDEO

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Dünən, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
Xəbər lenti
  • Dünən, 22:09
    Sumqayıtlı məktəbli Rza Həmidov SASMO 2026-da qızıl medal qazandı
  • Dünən, 21:57
    Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
  • Dünən, 19:40
    Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
  • Dünən, 19:24
    Xəzər dənizində zəlzələ olub
  • Dünən, 19:15
    Ağstafada 490 minlik “abadlıq”: söküntü və qazıntı var, konkret ünvan isə göstərilmir
  • Dünən, 18:42
    Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
  • Dünən, 17:43
    Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH
  • Dünən, 14:57
    Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
  • Dünən, 14:32
    "Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar
  • Dünən, 13:50
    44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
  • Dünən, 13:34
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Dünən, 13:23
    21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
  • Dünən, 13:15
    Məktəblər açıldı, təmir isə hələ bitmədi - uşaqlar məktəbə hansı yoldan gedir?
  • Dünən, 13:05
    Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
  • Dünən, 12:40
    Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
  • Dünən, 12:27
    Pensiyalar sabah tam ödəniləcək
  • Dünən, 12:22
    44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
  • Dünən, 11:53
    İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
  • Dünən, 11:37
    Cahangir Əskərovun qızlarının Londonda daha nələri var?
  • Dünən, 11:18
    AYNA: 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar "Şamaxinka"da dayanmayacaq
  • Dünən, 10:51
    Goranboy məktəbində acınacaqlı mənzərə - Zibillər yandırılır, ayaqyolu dağılıb - FOTO
  • Dünən, 10:28
    Milli Məclisdə Azərbaycan dilinə və rəqəmsal suverenliyin qorunmasına dair dinləmələr keçiriləcək
  • Dünən, 10:22
    3 qutaba 75 manatın hesablandığı restoranın sahibi məşhur iş adamı imiş - FOTO
  • Dünən, 10:03
    Mərkəzi Elmi Kitabxanada Milli Musiqi Gününə həsr olunan sərgi açılıb
  • Dünən, 09:52
    Bu gün dollar neçəyədir? Mərkəzi Bank məzənnələri açıqladı
  • Dünən, 09:49
    Ucarda narkotik “plantasiyası” aşkarlandı: 140 kol müsadirə edildi
  • Dünən, 09:44
    “Nar dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
  • Dünən, 09:24
    Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Argentina və Qazaxıstanla qarşılaşacaq
  • Dünən, 09:17
    Qazax kollecində “acı bağırsağı” kim uzadır?
  • Dünən, 08:52
    Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
  • 20-09-2026, 14:00
    Mikayıl Cabbarov: Neft sənayesi Azərbaycanın iqtisadi inkişaf tarixində mühüm rol oynayıb
  • 20-09-2026, 13:00
    Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb
  • 20-09-2026, 12:30
    "Haber Global": Antiterror əməliyyatı ilə Azərbaycan ordusu daha bir parlaq zəfərə imza atıb
  • 20-09-2026, 12:00
    Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb
  • 20-09-2026, 11:00
    Donald Tramp vaxtından əvvəl Vaşinqtona qayıdıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə