• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Binəqədidə ÇAĞIRIŞ BİZNESİ - İTTİHAM VAR!

Cəmiyyət

14-09-2023, 16:31

El arasında “voyenkomat” deyilən hərbi komissarlıq hələ sovet dövründə rüşvət və cinayət yuvası olub. Müstəqillik dönəmində isə bu qurum, ümumiyyətlə, rüşvəti az qala leqallaşdırdı, “summa”lar 10-15 dəfə artdı. Bunun səbəbləri var idi.
Məlumdur ki, 1988-ci ildən başlayaraq Ermənistan və Azərbaycan arasında müharibə gedirdi və bu gün də bu müharibə davam edir. Və məhz bu amil çoxlarını öz övladlarını müharibədən, hərbi xidmətdən yayındırmağa sövq edirdi. Bunun yeganə yolu isə “voyenkomat”lar, hərbi komissarlar idi. Bu illərdə hərbi komissarlar bəlkə də 10 minlərlə, 100 minlərlə gəncə hərbi xidmətə yararsız, yəni “neqodnı” vəsiqəsi veriblər. Bu rəqəmi 5-10 minə vuranda ortaya 100 milyonlar çıxır.
Məlumat üçün qeyd edək ki, 2012-ci ildə bu sahədə islahat aparıldı, qurumun adı dəyişərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ( SHXÇDX) oldu, yəni Müdafiə Nazirliyindən asılı olmadı.
Təkcə onu qeyd edək ki, bu Dövlət Xidmətinin rayon və şəhər şöbələrinə 22 polkovnik, 38 polkovnik-leytenant, 14 mayor rəhbərlik edir. Yəni bu qurumda 66 kənd rayonu, 12 şəhər rayonu, 11 respublika tabeli şəhərlərin hərbi komissarları var. Və ildə 4 dəfə hərbi xidmətə çağırış, hər dəfə 10 minlərlə çağırışçı, üstəgəl ölkədə qanlı müharibə və s. Bu saydıqlarımız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üçün milyonlarla dövriyyəsi olan biznes demək idi. Yüz minlərlə insan, o cümlədən varlı, imkanlı məmurlar öz övladlarını hərbi xidmətdən yayındırmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbər vəzifədə çalışan şəxslərinin qəbuluna düşmək üçün növbəyə durublar, hamısı da 15-20 minlərlə pul ilə. Biz hələ sağlam çağırışçıların hərbi xidmətə yararsız, “neqodnu” olması üçün rayon hərbi komissarları ilə baş həkimlərin alverini, sövdələşməsini demirik.
Təsəvvür edin ki, hər çağırışdan sonra rayonların hərbi komissarları bir “çemodan” pulla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərlərinin qəbuluna gəlirdilər. Biz hələ rayon hərbi komissarlığı binalarının təmiri, tikintisi, avadanlıqların alınması, uniformaların satılması və daha nələr üçün dövlətin ayırdığı yüz minlərlə dövlət vəsaitinin mənimsənilməsini demirik.
Sözümüzün canı odur ki, kimlərinsə əlinin altında böyük bir cinayətkar, rüşvətxor şəbəkə fəaliyyət göstərib. Yəni mütəşəkkil cinayətkar dəstə. Bu cinayətkar dəstənin ən fəal üzvlərindən bir neçəsini, bəlkə də birincilərini az müddət öncə, həbs etdilər. Qalanları isə hələ də öz əməllərini davam etdirirlər. Amma Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rayon idarələrində elə rayon rəisləri var ki, onların cinayət yolu ilə qazandıqları pulun miqyasını ancaq kvadrat metrlərlə ölçmək olar. Belə rayonlardan biri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsidir.
Məlumat üçün qeyd edək ki, Binəqədi Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi, Həsənov Nicat Zəfər oğludur. Məlumdur ki, zaman-zaman Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müxtəlif rayon idarələrində əməliyyatlar keçirib və hərbi komissarlar rüşvətə görə, həbs olunublar. Hər dəfə belə məqamda növbənin Binəqədinin hərbi kommissarı Nicat Həsənova çatdığı düşünülüb. Çünki həbs olunan rayon hərbi komissarları ilə müqayisədə Nicat Həsənov daha dəhşətli əməllərin sahibi olub. Amma hansısa qüvvə Nicat Həsənovu qoruya bilib. Bu adam müharibənin qızğın vaxtında öz əməkdaşlarına göstəriş vermişdi ki, bütün ünvanlara zəng vurub çağırışçıları və ehtiyyatda olan zabitləri komissarlığa dəvət edin, hətta yaşı 17 olmayanları da. Həm müharibə dövründə, müharibəyə indi isə, həmin şəxsləri təlim adı ilə orduya aparmaqla çağıraraq külli miqdarda pul qazanırlar. Təsəvvür edirsiniz, xalq nə hayda, Nicat Həsənov isə PUL hayında...
Amma redaksiyamıza daxil olan son məlumatlardan belə başa düşmək olur ki, artıq Nicat Həsənov bu dəfə həbsdən canını qurtara bilməyəcək. Belə ki, məlumdur ki, son günlər Ermənistan və Azərbaycan arasında bir gərginlik yaşanır, müharibə ehtimalı var, hər an vəziyyət dəyişə bilər. Bunu heç kim gizlətmir. Amma Nicat Həsənov kimi hərbi komissarlar bu gərginlikdən istifadə edərək yenə ÇAĞIRIŞ BİZNESİ qurublar. Və Binəqədi Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin əməkdaşları rəisləri Nicat Həsənovun göstərişi ilə gün boyu telefonla ehtiyyatda olan zabitlərin, sabiq gizirlərin, hərbi qulluqçuların, çağırış yaşı çatanların, hətta çatmayanların evlərinə zəng edərək guya hərbi təlimlərə çağırırlar. İnsanlarda vahimə, qorxu yaradaraq pul yığırlar. Biz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yeni rəisi, hörmətli Mürsəl İbrahimovdan xahiş edirik ki, Nicat Həsənovun bu əməlləri ciddi nəzarətə götürülsün. Düşünürük ki, bu dəfə Nicat Həsənovun həbsi qaçılmaz olacaq. Bəs görəsən həmişə şəxsiyyətinə hörmətlə yanaşdığımız Xanlar Vəliyev bu işlərə nə üçün laqeyd yanaşır? (gundelik-baku.com)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

1-07-2022, 13:10

Azərbaycanda hərbi xidmətə növbəti çağırış BAŞLADI

Hərbi

12-07-2023, 16:19

Gənclər böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yola düşürlər - FOTO

Hərbi

22-05-2023, 19:31

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinə yeni müavin təyin edilib

Cəmiyyət

24-12-2022, 22:51

Çağırışçılar xidmət yerləri haqqında məlumatlandırılıblar

Hərbi

26-06-2023, 03:12

Çağırışçılar xidmət yerləri haqqında məlumatlandırılıblar

Hərbi

26-04-2023, 17:43

Vətəndaşların aprel çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılmasının icrası ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib

Gündəm

26-07-2023, 14:29

Arzu Rəhimovun Füzulidəki adamından BAHALAŞMA QƏRARI... - "Qiyməti 2500-3000 manatdan 6000-8000 manata qaldırıb"

Cəmiyyət

14-09-2023, 12:46

Qəzada həlak olan hərbçilərimizə şəhid statusu veriləcək

Cəmiyyət / Hərbi

28-09-2022, 17:53

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Ağdaşda vətəndaşları qəbul edəcək

Hərbi

27-04-2023, 12:39

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Şəkidə vətəndaşları qəbul edəcək

Cəmiyyət

28-07-2023, 14:52

Mərkəzi Çağırış Komissiyasının növbəti iclası keçirilib - FOTO

Hərbi

28-12-2022, 12:22

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Salyanda vətəndaşları qəbul edəcək

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
Xəbər lenti
  • Dünən, 19:00
    Azərbaycan–Gürcüstan münasibətlərində parlamentlərarası əlaqələrin rolu müzakirə olunub
  • Dünən, 18:30
    TDT XİN rəhbələrinin Nyu-Yorkda qeyri-rəsmi toplantısı olub
  • Dünən, 18:18
    Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 50 mənzil verilib
  • Dünən, 18:11
    Ramiz Mehdiyevin kürəkəni və sabiq icra başçısının şərik olduğu obyektlər satışa çıxarılıb - TƏFƏRRÜAT
  • Dünən, 17:57
    Daşkənddə TBNM-in inkişafına dair konfrans keçiriləcək
  • Dünən, 17:39
    "İnternational" BOKT-nın rəhbərindən vətəndaşa qarşı KOBUDLUQ - GİLEY
  • Dünən, 17:10
    Paşinyana "sülh mükafatı" - Azərbaycana dəyişməyən siyasi-ideoloji qərəz - ŞƏRH
  • Dünən, 16:59
    Yeni Yasamalda ağacları məhv edib otel tikirlər - Sakinləri eşidən heç bir qurum yoxdur -VİDEO
  • Dünən, 16:34
    Əli Əsədov gürcüstanlı həmkarını təbrik edib
  • Dünən, 16:10
    Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM
  • Dünən, 15:55
    DGK-nin idarəsində yoxlama - Vəzir Həsənovun işçiləri cəzalandırıldı - Bəs özü?
  • Dünən, 15:36
    “Formula 2”də zəncirvarı qəza olub, sessiya müvəqqəti dayandırılıb
  • Dünən, 15:21
    Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
  • Dünən, 15:07
    Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
  • Dünən, 13:00
    Bakı təhsil idarəsi QALMAQALDA - Müəllimlər maaş ala bilməyəcək?
  • Dünən, 12:34
    Prezident: "AIIF 2026-dakı müzakirələr regionda əlaqəliliyin artmasına, ümumi rifaha töhfə verəcək"
  • Dünən, 12:14
    Dəmir vaqonda yaşayan məcburi köçkün Böyük Qayıdışın faydasını nə vaxt görəcək - MÜRACİƏT
  • Dünən, 11:34
    Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib
  • Dünən, 11:25
    Həkim xəstələri təhqir etdi: “Cibində beş qəpiyi olmayan, tərbiyəsiz, ədəbsiz…” - FOTO
  • Dünən, 11:16
    İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb
  • Dünən, 10:32
    Bu dövlət agentliyində DÖVLƏTİN QANUNLARI İŞLƏMİR - FOTOFAKT
  • Dünən, 10:13
    Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başlayıb
  • Dünən, 10:08
    Goranboyda təhsil sistemi İFLİC DURUMDA - BU NƏDİ BELƏ?
  • Dünən, 09:40
    Maştağa və Buzovnada bu gün qaz olmayacaq
  • Dünən, 09:01
    "Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışında qəza baş verib
  • 24-09-2026, 22:56
    Sayt rəhbərlərini təhqir edən qadın həbs olundu
  • 24-09-2026, 19:00
    Paşinyanın Kreml dilemması - Avropaya baxır, Moskvadan gözünü çəkə bilmir - ŞƏRH
  • 24-09-2026, 18:30
    Prezidentin qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına aydınlıq gətirilib
  • 24-09-2026, 18:08
    Formula 1 günlərində polis gücləndirilmiş rejimdə xidmət aparır - VİDEO
  • 24-09-2026, 17:56
    Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
  • 24-09-2026, 17:37
    “Olimpik İdman və İstirahət Kompleksi”nin rəhbərinə STOP QOYULDU - TƏFƏRRÜAT
  • 24-09-2026, 17:01
    Prezident icra başçısını vəzifəsindən azad etdi
  • 24-09-2026, 16:54
    Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
  • 24-09-2026, 16:53
    “Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib FOTOLAR
  • 24-09-2026, 16:44
    Bu gün ABŞ-Ukrayna-Rusiya üçtərəfli görüşü baş tuta bilər
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə