Sizin reklam burada 728×90
Son dəqiqə

Nərimanovun başçısı `DİŞLƏRİNİ İTİLƏYİB`...

13.10.2023 12:49 558 1 dəq oxunur
Nərimanovun başçısı `DİŞLƏRİNİ İTİLƏYİB`...
Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 38-40 ünvanında yaşıllıq ərazi və çoxillik ağacıar məhv edilmək üzrədir.

BakuNews.az bildirir ki, tribunainfo.az-a bu barədə sakinlər yazıb. Onlar bildirib ki, ərazidəki köhnə tikili sökülür. Yerində çoxmərtəbəli bina tikiləcəyi deyilir. Sakinlər qeyd edir ki, ağac çox olduğundan böyük ehtimal ki, hamısı kəsiləcək. Sakinlər vaxtında tədbir görülməsini istəyir. Aidiyyəti qurumlardan bu ağacların nəzarətə alınması və qorunmasını təmin etmək xahiş olunur.
Sakinlər bu barədə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə məlumat verdiklərini bildiriblər.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az