• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Xameneinin Ermənistana qardaşlığı, Ukraynanın işğalına “fətva”sı - ŞƏRH

Dünya

20-07-2022, 16:45

Tehranda Türkiyə, Rusiya və İran prezidentlərinin görüşü daha çox qalmaqalla yadda qalıb.

bakunews.az
report-a istinadən bildirir ki, İranın ali rəhbəri ayətulla Seyid Əli Xameneinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinlə ayrı-ayrılıqda keçirdiyi görüşlərdə beynəlxalq qalmaqala səbəb olacaq açıqlama verib, habelə Qarabağın işğaldan azad olunması ilə bağlı qeyri-səmimi tviter yayıb.

Xameneinin paylaşımı belədir: "Qarabağın Azərbaycana geri qayıtmasını alqışlayırıq. Əlbəttə, işin içində İran-Ermənistan sərhədlərinin bloklanması siyasəti varsa, İslam Respublikası buna qarşı çıxacaqdır, çünki bu sərhəd min illik bir nəqliyyat yoludur".

Bu açıqlama ilə bağlı müəyyən suallar yaranıb. Qarabağ Azərbaycana özü necə qayıda bilərdi? Axı, Azərbaycan torpaqlarının işğal edildiyi və azad olunması barədə İran hakimiyyəti də İslam Konfransı Təşkilatının qəbul etdiyi sənədlərin lehinə səs verib.

Belə olan halda hətta dünya müsəlmanlarının liderliyi iddiasında olan İranın ali rəhbəri torpaqların işğaldan azad edildiyini vurğulasa idi, daha məntiqli çıxış etmiş olardı. Ayətullah Seyid Əli Xamenei işğal ifadəsini qorxaraq indi belə işlətməməklə Ermənistanı və onun başlıca havadarlarından olmuş Rusiyanı müdafiə edib.

Daha bir sual: torpaqlar harada idi ki qaytarılıb? BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində bu məsələ açıq-aydın yazılıb. Odur ki, İranın ali liderinin çıxşını hazırlayan mirzələr bu məsələni görməzdən gəliblər. İranın ali rəhbəri əvvəllər olduğu kimi bu dəfə də Qarabağın işğal altında olmadığını dolayı yolla bildirib. İşğal dövründə ermənilər Xanəkəndi yaxınlığında İranın 32 vətəndaşını qətlə yetirmişdi. 1994-cü il martın 17-də İran Hərbi Hava Qüvvələrinə məxsus "C-130" təyyarəsini ermənilər Qarabağ ərazisində vurmuşdular. Bu cinayətin üstü indiyədək açılmayıb.

Bu tviti ilə İran lideri öz vətəndaşlarının batan qanını da yaddından çıxarıb.

Bu arada bəs, Xameneinin Qarabağın, müsəlman torpaqların işğaldan azad edilməsi ilə bağlı "fətvası"nın taleyi necə olacaq?...

Bütün dünya bilir ki, Azərbaycan öz torpaqlarını hərbçilərinin, əsgərlərinin döyüş bacarığı, qanı, Ali Baş komandan İlham Əliyevin qətiyyəti və dost dövlətlərin siyasi-mənəvi dəstəyi ilə azad edib. Təəssüf ki, İran hakimiyyəti dəstək verən dost dövlət siyahısında olmadı. Əksinə, ermənilərin və havadarlarının Azərbaycana qarşı aparılan təbliğatına qoşuldu. Onların yazdıqlarını oxumağa başladı.

İran rəsmiləri Azərbaycan tərəfdən guya "terrorçuların döyüşdüyünü" deməklə 44 günlük döyüşlərin üzərinə kölgə salmağa çalışdı, şantajla məşğul oldu. Onu da unutmayaq ki, Vətən müharibəsi zamanı Rusiyadan göndərilən hərbi texnika İran vasitəsi ilə Ermənistan ötürüldü.

İran Azərbaycan qarşısında "qonşuluq haqqını" belə verir. Xamenei bu paylaşımı ilə regionda yaranmaqda olan əməkdaşlıq və sülh prosesinə də mane olduqlarını bəyan edib.

O, İran-Ermənistan sərhədi məsələsindən danışarkən məsələnin konkretləşdirməyib. İranla Ermənistan arasında sərhəd Zəngəzurdadır. Azərbaycan tərəfi də region dövlətlərinin, o cümlədən İran və Ermənistanın faydalanması üçün Zəngəzur dəhlizinin açılması istiqamətində danışıqlar aparır. Hətta bu məsələ 2020-ci il noyabrın 10-da qəbul edilmiş üçtərəfli bəyanat da belə əksini tapıb. Bu baxımdan Azərbaycan nəqliyyatın blokadasının aradan qaldırımasının tərəfdarıdır. Başqa sözlə, dəhlizin açılmasına əsas mane Ermənistan sayılırdı. Ancaq Xamenei bu tviti ilə İranın da dəhlizin açılmasının yaxud başqa nələrinsə önündə əngəl olduğunu göstərdi.

İran uzun illər Gorus-Qafan avtomobil yolundan qanunsuz istifadə edib. Başqa sözlə, o yolun Azərbaycana aid hissəsinin hallalığını almayıb. Ərazilərinin işğaldan azad etdikdən sonra torpağının bu hissəini də nəzarət götürməsi Azərbaycanın təbii və qanuni haqqıdır.

Yeri gəlmişkən, İran bu yoldan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirkləri ərazidə ermənilərə qanunsuz olaraq mənşəyi bilinməyən yük daşıyırdı. Odur ki, Azərbaycan tərəfi Gorus-Qafan yolundakı öz ərazisinə nəzarət etməsi Xameneinin niyə xoşuna gəlmir?

Bəhs etdiyimiz tviti və Tehrandakı qəbullarla İran lideri başçılıq etdiyi hakimiyyətin işğalı və separatçılığı dəstəklədiyini bir daha gizlətmədi.

Vladimir Putini qəbul edərkən o söyləyib:

"Ukrayna məsələsində isə siz təşəbbüs göstərməsəydiniz, qarşı tərəf müharibəyə başlayacaqdı".

Bu "fətva" açıq-aşkar işğal və ərazi bütövlüyünə təcavüzü müdafiədir. Beynəlxalq qanunlar Ukraynanın tərəfindədir. Donbas Ukraynanın ərazisidir. Rəsmi Kiyev ərazi bütövlüyünü təmin etmək uğurunda mübarizə aparır. Ancaq Rusiya oradakı separatçıları, qondarma respublikaları tanımaqla beynəlxalq hüququ və prinsipləri pozub. Xamenei Putinin Ukraynada başladığı müharibəni dəstəkləməklə həm də Donbasdakı separatizmi, qondarma respublikaları dolayısı ilə tanıyıb.

Tehran sammiti region dövlətləri arasında münasibətin güclənməsi və əməkdaşlığın genişlənməsinə, mövcud problemlərin həllinə deyil, yeni maneələrin yaranması istiqamətində atılacaq atılası ehtimal olunan addımlarla yadda qaldı. Bu görüşün baş qəhrəmanı isə ayətullah Seyid Əli Xamenedir.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Dünya

19-07-2022, 10:53

İran və Türkiyə prezidentləri Tehranda görüşüb

Cəmiyyət

25-08-2022, 19:40

İrandan Azərbaycana xainlik, Ermənistana dostluq - “İslam qardaşlığı” budur? - ŞƏRH

Dünya

7-08-2022, 14:12

Ərdoğan Putinlə şam yeməyindən imtina edib - KİV

Siyasət

5-08-2022, 17:38

Putin-Ərdoğan görüşündə Qarabağ da müzakirə olunur - YENİLƏNİB

Siyasət

10-08-2022, 11:32

Azərbaycan və Türkiyə prezidentlərinin Konyada görüşü olub

Dünya

8-08-2022, 16:00

Ərdoğan: Beynəlxalq ictimaiyyət Qarabağda işğala qarşı heç bir addım atmadı

Siyasət

19-08-2022, 15:20

Ərdoğan Zelenskiyə Türkiyədə Putinlə görüşmək təklif etdi

Dünya

16-07-2022, 19:49

Ərdoğan İrana gedir

Dünya

20-07-2022, 14:27

Politoloq: "İran ali rəhbərinin Zəngəzur dəhlizi ilə bağlı fikirləri cəfəngiyyatdır"

Dünya

26-07-2022, 18:26

Ərdoğan Rusiyaya səfərə gedəcək REGİON

Dünya

22-08-2022, 20:55

Ərdoğan Putinlə Zelenskinin görüşünü təşkil edəcək

Dünya

5-08-2022, 15:25

Ərdoğan Rusiyaya yola düşdü

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
7-11-2026, 17:00
Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
6-11-2026, 10:11
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
6-11-2026, 09:14
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
4-11-2026, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
4-11-2026, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Xəbər lenti
  • Dünən, 15:00
    Bakıda və Abşeron yarımadasında yağış yağacaq, şimşək çaxacaq
  • Dünən, 14:30
    Xankəndidə Zəfər Muzeyi olacaq
  • Dünən, 14:00
    Rusiya Ukraynada elektrik yarımstansiyasını tamamilə məhv edib
  • Dünən, 13:10
    "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb
  • Dünən, 13:00
    Zəfərə aparan yol: Xalq, Ordu və Liderin sarsılmaz birliyi - TƏHLİL
  • Dünən, 12:30
    Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndərin və şəhidlərin xatirəsini ehtiramla yad edib
  • Dünən, 12:29
    Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib
  • Dünən, 11:11
    Mətbuat Şurası: Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar
  • Dünən, 10:56
    Mehriban Əliyeva: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
  • Dünən, 10:30
    8 Noyabr: İllərin intizarına son qoyan Möhtəşəm Zəfər Günü
  • Dünən, 10:00
    Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
  • Dünən, 00:37
    Bu gün Azərbaycanda Zəfər Günüdür
  • Dünən, 00:08
    Şuşanın azad olunmasından 6 il ötür
  • 7-11-2026, 18:30
    Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
  • 7-11-2026, 18:00
    "Şahdəniz"də hasilat dinamikası ilə bağlı gələn il üçün proqnozlar açıqlanıb
  • 7-11-2026, 17:30
    İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb
  • 7-11-2026, 17:00
    Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
  • 7-11-2026, 16:31
    Bakıda bazar günü güclü külək əsəcək - Xəbərdarlıq
  • 7-11-2026, 16:22
    Bakıda 10 dəqiqəlik yağış - yollar keçilməz oldu, avtomobillər suda qaldı
  • 7-11-2026, 15:56
    SEPAH İranda raket istehsalı üçün “yeraltı şəhər” yaradıldığını açıqlayıb
  • 7-11-2026, 15:35
    Gömrükdə BU DA OLDU: Zəfər Gününə görə verilən mükafatın 15 manatını kəsdilər... - GİLEY
  • 7-11-2026, 15:07
    Hörmüz boğazında minaya düşdükdən sonra tankerdə yanğın baş verib
  • 7-11-2026, 15:01
    Fərəcovun 11 illik Sumqayıt sərgüşətləri - 6 mindən çox işaxtaran, milyonlarla manatlıq abadlıq
  • 7-11-2026, 14:44
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 7-11-2026, 14:28
    Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib
  • 7-11-2026, 12:45
    Sabah Azərbaycanda intensiv yağış yağacaq
  • 7-11-2026, 12:41
    Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq
  • 7-11-2026, 12:29
    Bakının bir sıra yollarında sürət həddi endirilib
  • 7-11-2026, 12:13
    İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
  • 7-11-2026, 12:00
    Anar Bayaramovun yanlış qərarları - Korrupsioner kadrlar vəzifələrə necə təyinat alır? FOTO
  • 7-11-2026, 11:39
    İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
  • 7-11-2026, 11:09
    “Həbibbəylinin adının Mehdiyevin vəzifə verəcəyi adamların sırasında çəkilməsi təxribatdır”
  • 7-11-2026, 10:38
    Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
  • 7-11-2026, 10:03
    İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
  • 7-11-2026, 09:56
    Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı - Rafiq Quliyev sakinləri saymır - VİDEO
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə