Sizin reklam burada 728×90
Son dəqiqə

Yasamalda külək binanın dam örtüyünü qoparıb - VİDEO

12.09.2025 18:04 313 1 dəq oxunur
Yasamalda külək binanın dam örtüyünü qoparıb - VİDEO
Yasamal rayonunda güclü külək fəsada səbəb olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumata yayıb.,

“112” qaynar telefon xəttinə güclü külək səbəbindən rayonun Süleyman Tağızadə küçəsində yerləşən üçmərtəbəli binanın dam örtüyündə dəmir parçasının qoparaq asılı vəziyyətdə qalması və ətrafdakı insanlar üçün təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil olub.

Məlumatla əlqədar dərhal əraziyə cəlb edilən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən xüsusi vasitələrin köməyi ilə dəmir parçası götürülərək yaranmış təhlükə aradan qaldırılıb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az