Rusiya Federasiyasının beynəlxalq ehtiyatları iyul ayının 15-nə olan məlumata görə, 565,3 milyard ABŞ dollar təşkil edib ki, bu da bir həftəyə 1,3 faiz və ya 7,4 milyard ABŞ dolları azalma deməkdir.
bakunews.az report-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Tənzimləyicinin məlumatında qeyd olunur ki, bu azalma yenidən qiymətləndirmənin təsiri ilə olub.
Xatırladaq ki, 8 iyul 2022-ci il tarixinə beynəlxalq ehtiyatlar 572,7 milyard ABŞ dolları səviyyəsində idi.
bakunews.az