Sizin reklam burada 728×90
Son dəqiqə

Rusiyaya “Crocus”dakı terrordan iki həftə əvvəl məlumat verilibmiş

03.04.2024 10:01 315 1 dəq oxunur
Rusiyaya “Crocus”dakı terrordan iki həftə əvvəl məlumat verilibmiş
ABŞ “Crocus City Hall”dakı terror aktından iki həftə əvvəl Rusiya hakimiyyətinə xəbərdarlıq etmişdi ki, konsert zalı hücum üçün potensial hədəfə çevrilə bilər.

Bu barədə “The Washington Post” (WP) nəşri məlumat yayıb.

Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Moskvada terror aktının hazırlanması ilə bağlı həddən artıq ümumi məlumat aldığını bildirib.

Həmçinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun sözlərinə görə, bu məlumatlar ümumi xarakter daşıyırdı.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az