Sizin reklam burada 728×90
Son dəqiqə

İndoneziya son dörd il ərzində ən çox turist qəbul edib

02.05.2024 19:07 393 1 dəq oxunur
İndoneziya son dörd il ərzində ən çox turist qəbul edib
2024-cü ilin birinci rübündə İndoneziyaya gələn turistlərin sayı son dörd ilin ən yüksək göstəricisidir.

Bu barədə İndoneziya Mərkəzi Statistika Agentliyinin rəhbəri vəzifəsini icra edən Amaliya Adininqqar Vidyasanti bildirib.

Statistika agentliyinin məlumatına görə, İndoneziya bu ilin ilk üç ayında 3 milyona yaxın turisti qəbul edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 25 faiz çoxdur.

A.Vidyasanti qeyd edib ki, ən çox turist axını Malayziya, Avstraliya, Sinqapur və Çindən olub.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az