Sizin reklam burada 728×90
Son dəqiqə

Mirzoyan Rusiyaya dəvət edildi - “Asan deyil”

14.01.2025 16:06 297 1 dəq oxunur
Mirzoyan Rusiyaya dəvət edildi - “Asan deyil”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov hazırda Ermənistanla ölkəsi arasında münasibətlərin asan olmadığını bildirib.

Lavrov bu barədə 2024-cü ilin yekunlarına dair mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Rusiyaya dəvət edilib:

“Dialoqumuz davam edir. Ararat Mirzoyan Rusiyaya dəvət edilib. O, dəvəti qəbul edib, gözləyirik. Ümid edirəm ki, səfər yaxın zamanlarda baş tutacaq”.

Bununla yanaşı, Ermənistanın ABŞ ilə strateji tərəfdaşlığa dair saziş imzalamaq barədə qərarını şərh edən Lavrov bunu İrəvanın suveren hüququ adlandırıb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az