Sizin reklam burada 728×90
Son dəqiqə

“HƏMAS” Qəzzanı Fələstin Milli Administrasiyasına təhvil verməyə razıdır

17.02.2025 08:27 228 1 dəq oxunur
“HƏMAS” Qəzzanı Fələstin Milli Administrasiyasına təhvil verməyə razıdır
“HƏMAS” Qəzza zolağının Fələstin Milli Administrasiyasına təhvil verməyə hazır olduğunu bildirib.

Bu barədə mənbələrə istinadən “Sky News Arabia” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, “HƏMAS” Qahirədə danışıqlar zamanı Misirin təzyiqi ilə qəbul etdiyi qərarını Fələstin Azadlıq Təşkilatının rəhbərliyinə göndərdiyi məktubda açıqlayıb.

Eyni zamanda “HƏMAS” müəyyən tələblər irəli sürüb. Belə ki, onların dövlət qulluğunda işləyən hər hansı bir üzvü yeni administrasiyada olmalı və pensiya təminatı ilə təmin edilməlidir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az