Sizin reklam burada 728×90
Son dəqiqə

Tramp Papa kimi geyinmiş şəklini paylaşdı

03.05.2025 09:49 390 1 dəq oxunur
Tramp Papa kimi geyinmiş şəklini paylaşdı
ABŞ prezidenti Donald Tramp Truth sosial şəbəkəsində Papa kimi geyinmiş şəklini yerləşdirib. Xatırladaq ki, bu yaxınlarda ABŞ-ın respublikaçı senatoru Lindsey Graham Trampın növbəti Papa ola biləcəyini bildirib.

Tramp Ağ Ev qarşısında jurnalistlərə Katolik Kilsəsinin növbəti rəhbəri olmaq istədiyini söyləyib və "bu mənim bir nömrəli seçimim olardı" deyib.

Daha sonra siyasətçi zarafat etdiyini açıqlayıb. “Növbəti pontifik kimi kimi görürsünüz” sualına Tramp heç bir namizədə üstünlük vermədiyini, lakin Nyu York arxiyepiskopu Timoti Dolanın adını çəkərək “onun çox yaxşı” olduğunu deyib.

Amma sözügedən din xadimi Nyu Cersi arxiyepiskopu kardinal Cozef Tobindən fərqli olaraq papa taxtına namizədlər siyahısında deyil. İndiyədək pontifiklər arasında bir dənə də olsun ABŞ vətəndaşı olmayıb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az