Sizin reklam burada 728×90
Son dəqiqə

Ərdoğan: Türkiyə Rusiya-Ukrayna danışıqlarının davam etdirilməsi üçün səy göstərəcək

17.05.2025 15:05 273 1 dəq oxunur
Ərdoğan: Türkiyə Rusiya-Ukrayna danışıqlarının davam etdirilməsi üçün səy göstərəcək
Türkiyə Rusiya və Ukrayna arasında danışıqların davam etdirilməsi üçün səy göstərəcək.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Albaniyadan qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

"Biz tərəflər arasında danışıqların davam etdirilməsi və dialoq kanallarının açıq saxlanılması üçün səylərimizi əsirgəməyəcəyik", - o qeyd edib.

Xatırladaq ki, dünən Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbuldakı danışıqlarının nəticələrinə əsasən, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bir sıra məsələlərin müzakirə olunduğunu, xüsusilə Ukrayna tərəfinin iki ölkənin prezidentləri Volodimir Zelenski və Vladimir Putin arasında birbaşa danışıqların aparılmasını istədiyini bildirib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az