Sizin reklam burada 728×90
Son dəqiqə

İsrail HHQ "Sepah"ın Qüds Qanadının komanda mərkəzinə zərbə endirib

16.06.2025 11:27 232 1 dəq oxunur
İsrail HHQ "Sepah"ın Qüds Qanadının komanda mərkəzinə zərbə endirib
İsrail HHQ İranın İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") Qüds Qanadının komanda mərkəzinə hücum edib.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb.

“Hava Qüvvələrinin döyüş təyyarələri kəşfiyyat şöbəsinin dəqiq və mötəbər kəşfiyyat bələdçiliyi ilə İnqilab Keşikçilərinin Qüds Qanadının və İran hərbçilərinin komanda mərkəzlərinə zərbə endirib”, – məlumatda vurğulanıb.

Bildirilib ki, bu komanda mərkəzlərində Qüds qüvvələrinin vəzifəliləri “İran rejiminin Yaxın Şərqdəki proksiləri vasitəsilə İsrailə qarşı terror əməliyyatları planlaşdırırdılar”.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az