Sizin reklam burada 728×90
Son dəqiqə

Putin və Zelenskinin yaxın vaxtlarda görüşü nəzərdə tutulmur

22.08.2025 17:32 221 1 dəq oxunur
Putin və Zelenskinin yaxın vaxtlarda görüşü nəzərdə tutulmur
Yaxın vaxtlarda Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenskinin görüşü nəzərdə tutulmur.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-nin “NBC News” telekanalına bildirib.

"Putin Zelenski ilə sammit gündəliyi hazır olduqda görüşməyə hazırdır, lakin bu gündəlik ümumiyyətlə hazır deyil", - o qeyd edib.

S.Lavrovun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra Ukrayna nizamlanması üzrə bir neçə bənd təklif edib. Onlardan bəziləri üzrə Rusiya müəyyən çeviklik göstərməyə razılaşıb. Ukrayna Prezidenti Vladimir Zelenski təkliflərlə razılaşmayıb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az