Sizin reklam burada 728×90
Son dəqiqə

"Taliban" İŞİD-ə qarşı əməliyyata başlayıb

08.08.2022 15:00 555 1 dəq oxunur
"Taliban" İŞİD-ə qarşı əməliyyata başlayıb
"Taliban" hökumətinin təhlükəsizlik qüvvələri Əfqanıstanın şərqində yerləşən Kunar əyalətində terrorçu İŞİD qruplaşmasına qarşı əməliyyata başladğını elan edib.

bakunews.az report-a istinadən xəbər verir ki, bu barədə "Taliban" hərbi qüvvələri 201-ci komandanlığının mətbuat katibliyi açıqlama yayıb.

Bildirilib ki, əməliyyat Kunar əyalətinin Çouki şəhərinin Dare-dive-gül rayonunda keçirilir.

Açıqlamaya əsasən, əməliyyat İŞİD tam məhv edilənədək sürəcək.

"Taliban"ın müvəqqəti hökuməti əməliyyat nəticəsində ölən və yaralananlar barədə məlumat verməyib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az