Sizin reklam burada 728×90
Son dəqiqə

Hərbi yük təyyarəsində şəhid düşən mayor 4 ay sonra ata olacaqdı - FOTO

12.11.2025 12:33 191 1 dəq oxunur
Hərbi yük təyyarəsində şəhid düşən mayor 4 ay sonra ata olacaqdı - FOTO
Azərbaycandan Türkiyəyə uçan hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 20 əsgərdən biri Bursa şəhərinin yenigün məhəllə sakini hava pilotu mayor Serdar Uslu olub.
Türkiyə KİV xəbər verir ki, şəhadət xəbəri ailəsinə verilən S.Uslunun həyat yoldaşı Göknur Uslunun hamilə olduğu üzə çıxıb.

Cütlük övladlarını 4 ay sonra qucağına almağa hazırlaşırdı.

Qeyd edək ki, Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsinin bütün üzvləri (20 nəfər) həlak olub. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və ilk dəfə yerli sakinlər tərəfindən aşkar edilib.

Bundan başqa Gürcüstanda mümkün aviasiya təhlükəsizliyi pozuntusu ilə bağlı cinayət işi başlanıb. İşlər Türkiyə və Azərbaycanın birbaşa dəstəyi ilə koordinasiyalı şəkildə həyata keçirilir.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az