Sizin reklam burada 728×90
Son dəqiqə

KİV: Tailandla münaqişədə 12 kambocalı ölüb

15.12.2025 10:00 166 1 dəq oxunur
KİV: Tailandla münaqişədə 12 kambocalı ölüb
Bu ayın əvvəlindən Kamboca və Tailand arasındakı kəskinləşən sərhəd münaqişəsi 12 kambocalının ölümünə, daha 74 nəfərin yaralanmasına səbəb olub.

Bu barədə Kambocanın informasiya naziri Net Pheaktra bəyan edib.

Bildirilib ki, 400 mindən çox sakin evlərini tərk etməyə məcbur olub.

Bəyanatda qeyd edilib ki, Tailand ordusu qırıcıları daxil olmaqla ağır silahlardan istifadə edib.

Kamboca Müdafiə Nazirliyi bildirib ki, Tailandın F-16 qırıcıları ölkənin şimal-qərbindəki Siemreap əyalətində qaçqın düşərgələrinin yaxınlığına bombalar atıb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az