ABŞ və İsrailin İranın Buşehr əyalətinə endirdiyi zərbələr nəticəsində İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz (HDQ) və Hərbi Hava (HHQ) qüvvələrinin beş hərbçisi ölüb.
Bu barədə İran mediası SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.
"ABŞ və İsrailin Buşehr əyalətinin Cam və Dəyyər rayonlarına hücumları nəticəsində Korpusun beş hərbçisi həlak olub", - məlumatda bildirilib.