Sizin reklam burada 728×90
Son dəqiqə

Salman Rüşdini bıçaqlayanın kimliyi məlum oldu - Video+Yenilənib

13.08.2022 15:49 513 1 dəq oxunur
Salman Rüşdini bıçaqlayanın kimliyi məlum oldu - Video+Yenilənib
Hindəsilli məşhur britaniyalı yazıçı Salman Rüşdi Nyu-Yorkda bıçaqlı hücuma məruz qalıb.

bakunews.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə 75 yaşlı yazıçının “Chautauqua” İnstitutundakı mühazirəsindən əvvəl baş verib. Belə ki, zaldakı şəxslərin biri səhnəyə çıxaraq Rüşdi və ondan müsahibə götürən müxbirə hücum edib.

Şübhəli yazıçıya 10-15 bıçaq zərbəsi endirib.

“Rüşdi boyun nahiyəsindən bıçaqlanıb və helikopterlə yerli xəstəxanaya aparılıb. Onun vəziyyəti haqda hələlik məlumat verilməyib”, - ştat polisi bildirib.

Müxbirin yüngül kəllə-beyin travması aldığı bildirilir.

***

Hazırda yazıçı süni nəfəs aparatına qoşulub. O danışa bilmir, qaraciyəri zədələnib. Rüşdi gözünü itirə bilər.

***

Hüquq-mühafizə orqanları yazıçı Salman Rüşdiyə hücumda şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdiriblər. O, Nyu-Cersi ştatının sakini 24 yaşlı Hadi Matardır.



bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az